Xəbər lenti
"Qarabağ ancaq Azərbaycan daxilində müzakirə edilə bilər"
"Qarabağla bağlı heç bir statusdan söhbət getmir və bu heç vaxt olmayacaq. Bu bənd, razılaşmanın əsas təfərrüatlarındandır. Birgə yaşamaq istəyən ermənilər isə, Azərbaycanda digər etnik azlıqlara yaradılan şəraitdən istifadə edə bilərlər"
Ölkə başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, ermənilər və azərbaycanlılar birlikdə yaşaya bilərlər. Azərbaycan xalqının ermənilərə verə biləcək heç bir statusu yoxdur.“Azərbaycan, Qarabağ müharibəsinin bitdiyini rəsmi şəkildə elan edib və ölkə başçısı Qarabağın status məsələsinin heç bir zaman müzakirə edilməyəcəyini qeyd edib”.
Manevr.az xəbər verir ki, bu barədə bizimyol.info saytına danışan politoloq Tural İsmayılov bildirib ki, 30 il müddətində torpaqlarımız işğal altında oldğu zaman beynəlxalq səviyyədə müxtəlif danışıqlar aparılıb. Amma işğala məruz qalan Azərbaycan, beynəlxalq səviyyədə haqqın bərqərar olmasına çalışsa da, görünən odur ki, beynəlxalq təşkilatlar haqsızlıq nümayiş etdirib.
Azərbaycanın Qarabağla bağlı ərazi bütünlüyü, beynəlxalq hüquqda təsdiq olunub. Buna baxmayaraq, beynəlxalq aləm, Qarabağın işğaldan azad olunması ilə bağlı Ermənistana heç bir təsir etməyib. Azərbaycanın 44 günlük müharibədə qələbəsi, əslində beynəlxalq hüququn təmin edilməsi baxımından önəmlidir və Azərbaycan qalib olduğu üçün şərtlər qoya bilir.
Ekspert qeyd edib ki, prezident danışıqlar prosesində Qarabağdakı erməni “siyasətçilərinin” iştirakına icazə verməyib: “Paşinyanın etirafı ilə Azərbaycan torpaqlarını bir qərinəyə yaxın müddət işğal altında saxlayan və Qarabağdakı seprataçı rejimi danışıqlar prosesinə qoşmağa çalışan Sarkisyan və Koçaryan kimi faşist və terrorçu siyasətçilərin də iç üzünü göstərib. Qarabağ ancaq Azərbaycan daxilində müzakirə edilə bilər. Öz torpaqlarını işğaldan azad edə bilən Azərbaycan, Xankəndi və Ağdərədə yaşayan azsaylı ermənilərin də Azərbaycana qarşı cinayət törətmədiyi təsdiq olunarsa, onlar Azərbaycan vətəndaşlığını qəbul ediləcək və dinc şəraitdə yaşamaqları ilə bağlı çağırışlar edilib”.
Azərbaycan dünya üçün ən yüksək örnək nümayiş etdirir, biz qalibik. Torpaqlarımız 30 il düşmən işğalı altında olsa da, hər zaman sülhə hazır olduğumuzu vurğulamışıq.
Müharibədən əvvəl, müaribə zamanı və sonra da diplomatik və hüquqi səviyyədə hər zaman eyni mövqedən çıxış edilib. Azərbaycanın maraqları beynəlxalq arenada daim dilə gətirildiyi üçün bu gün dövlət və xalq arasında güclü bağ var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar