Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevlə Paşinyanın Brüssel görüşü barədə RƏSMİ AÇIQLAMA

Tarix: 12-12-2021 16:45     Baxış: 3231 A- / A+


İlham Əliyevlə Paşinyanın Brüssel görüşü barədə RƏSMİ AÇIQLAMA

"Dekabrın 15-də Brüssel şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında Zirvə görüşü keçiriləcək. Həmin görüşdə Prezident İlham Əliyev də iştirak edəcək”.

Manevr.az xəbər verir ki, bunu AZTV-yə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
O bildirib ki, orada həm Aİ ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq:

"Eyni zamanda, belə formatlarda bir qayda olaraq çoxsaylı ikitərəfli görüşlər keçirilir. İstisna deyil ki, digər beynəlxalq qurumların rəhbərləri ilə görüşlər olacaq. Həmçinin, Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir.

Son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edirik ki, bu da çox vacib görüşlərdən biridir. Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar