Xəbər lenti
Azərbaycan Ermənistanın son təxribatlarına necə cavab verəcək? - AÇIQLAMA
Ötən gün Ermənistan daha bir təxribata əl atıb. Sözügedən ölkənin silahlı qüvvələrinin bölmələri dekabrın 8-i saat 14.35-dən 15.30-dək ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub. Nəticədə hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Məhz Brüssel görüşü ərəfəsində Ermənistanın təxribata əl atması nəyə hesablanıb?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov vurğulayıb ki, Ermənistan möhkəm mərkəzləşmiş hakimiyyətin mövcud olmadığı dövlətdir:
"Həm daxildən, həm də xaricdən idarə olunan çoxsaylı klanlar öz, yaxud, tapşırıq aldıqları qüvvələrin maraqlarını təmin etmək üçün müxtəlif cəhdlər göstərirlər. Azərbaycana münasibətdə təxribat cəhdləri də bunun tərkib hissəsidir. Ermənistan hakimiyyətinə aydındır ki, təxribat törədərək 3-5 Azərbaycan hərbçisini həlak etməklə, Azərbaycanla Ermənistan arasında güc nisbəti dəyişməyəcək. Əksinə, bir neçə gün öncə Qubada prezident İlham Əliyevin də vurğuladığı kimi, hər hansı bir təxribat, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki, müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Əlbəttə, belə olan halda, yenidən Azərbaycanın qarşısına çıxmaq İrəvan üçün intihardır”.
"Ermənilər öz daxili məsələlərini terror və təxribat taktikası ilə həll etmək strategiyasına ilk dəfə müraciət etmir. Məhz Brüssel görüşü ərəfəsində Ermənistanın Kəlbəcər rayonu istiqamətində təxribat törətməsi də təsadüfü deyil. Bu təxribatların əsas məqsədi Qafqazda sülh və sabitliyi hədəfləyən istənilən kommunikasiyaya, istənilən müzakirəyə mane törətməkdir. Çünki sülh və əməkdaşlıq mühiti, Köçəryan, Sarkisyan kimi cinayətkarlar üçün əlverişli şərait deyil. Lakin, nəzərə alsaq ki, bölgədə gündəmi, hətta Ermənistanın özünün gündəmini xeyli dərəcədə Azərbaycan müəyyən edir, hər hansı təxribat cəhdləri ilə nəinki Ermənistan, bütövlükdə ermənilərin havadarları belə Azərbaycanın planlarını poza bilməyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar