Xəbər lenti
İrəvan sərhədlərin delimitasiyasından niyə qorxur? - Video
VMedia Yutub kanalında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Ermənistanda niyə çaxnaşma yaratdığına və Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet dövründəki sərhədlərin “millimetrədək dəqiqliklə” haradan keçdiyini heç bir vəchlə göstərə bilməyəcəyinə aydınlıq gətirən yeni video yerləşdirilib. Xatırladaq ki, noyabrın 23-də Paşinyan Feysbukda birbaşa efir zamanı bu barədə bəyan edib.
Manevr.az xəbər verir ki, “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” adlı yeni filmdə qeyd olunur ki, Sovet dövründə müttəfiq respublikaların sərhədləri yerlərdə göstərilməyib və Ermənistan bundan sui-istifadə edərək məqsədyönlü şəkildə kəndlərini, əkin və otlaqlarını Azərbaycan ərazisinə tərəf "irəli çəkib".
“Sovet dövründə bu cür hallar Qazaxdan tutmuş Zəngilanadək bütün sərhəd boyu baş verib. Bu proses son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması fonunda daha da sürətlənib. Və indi, delimitasiya prosesi start götürərkən, qanunsuz əldə etdikləri bütün əraziləri Azərbaycana geri qaytarmalı olacaqlar! (...) Cənubi Qafqazda ərazilərin hədiyyə verildiyi dövr həmişəlik bitdi”, - filmdə qeyd olunur.
Xatırladaq ki, VMedia Yutub kanalı layihəsi Ermənistan ictimaiyyətinə informasiya və maarifləndirilmə dəstəyi çərçivəsində fəaliyyət göstərir. Burada erməni təbliğatından ən çox erməni xalqının zərər çəkdiyi, həqiqətin onlardan daim gizlədildiyi ortaya çıxarılır. Yeni çarxda məhz bu cür gizlədilən faktlar barədə söz açılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar