Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Türkiyə-Rusiya müharibəsinin qarşısını mən aldım” – ŞOK İDDİA

Tarix: 05-12-2021 18:12     Baxış: 4149 A- / A+

Türkiyəli iş adamı, media maqnatı, sabiq millət vəkili və dövlət naziri olmuş Cavit Çağlar ölkəsi ilə Rusiya arasında savaşın qarşısını aldığını iddia edib.

Manevr.az xəbər verir ki, o, irəli sürdüyü iddia ilə bağlı əlavə detal verməyib.
2015-ci il noyabrın 24-də Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi Suriya istiqamətindən Türkiyə sərhədlərini pozduqdan sonra türk “F-16”ları tərəfindən vurulması nəticəsində bir rus pilot həlak olmuşdu. Bu hadisə Rusiya tərəfindən şiddətlə qarşılanmış, iki ölkə arasında gərginliyi artırmışdı.
Çağlar həmin vaxt Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında vasitəçilik etdiyini bildirib.
“Hulusi Akarla yaxşı dostluğumuz var. Biz o vaxtdan dostuq. Mənə dedi ki, vəziyyət çox pisdir, hər an üz-üzə gələ bilərik. Onda dedim ki, həll edərik. Məndən bunu necə həll edəcəyimi soruşdu. Bundan sonra Rusiyaya getdim. Bu haqda daha çox danışmaq istəmirəm. Hulusi Akar mənim köhnə dostumdur. Mənim Rusiyada da çoxlu dostlarım var. Mən dostluğa çox dəyər verirəm”, – iş adamı deyib.
Cavit Çağlar 2017-ci ildə Rusiya Prezidenti Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar