Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

DİN yanında İctimai Şura Tofiq Yaqublu ilə bağlı müraciət yaydı

Tarix: 03-12-2021 13:29     Baxış: 3223 A- / A+


DİN yanında İctimai Şura Tofiq Yaqublu ilə bağlı müraciət yaydı

Daxili İşlər Nazirliyi yanında İctimai Şura dekabrın 1-də Bakıda Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı nazirliyə müraciət edib.

Bu barədə Şuranın sədri Əliməmməd Nuriyev məlumat verib.
 
Müraciətdə deyilir:

"Dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb. Saxlanılan şəxslər arasında olan Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar