Xəbər lenti
"Azərbaycan tərəfi bunu sistemli şəkildə həyata keçirir və..." - Erməni ekspert
Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi intensivləşdikcə, sülhə doğru addımlar atıldıqca, Nikol Paşinyanın müxalifləri də fəallaşır. Onlar bütün vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirməyə, regionda sülhün bərqərar olmasına mane olmağa çalışır. Hətta buna nail olmaq üçün xalqı silahlanmağa, "özünümüdafiə qüvvələri" yaratmağa çağırış etməkdən belə çəkinmirlər. Paşinyanın müxalifləri hesab edir ki, Azərbaycan sistemli şəkildə öz planlarını həyata keçirir, Ermənistan tərəfinin addımları da dövlətə xəyanətdir.
Manevr.az xəbər verir ki, erməni təhlükəsizlik eksperti Armen Manvelyan açıq-aşkar əhalini hökumətə qarşı çıxmağa sövq edən açıqlamalarla çıxış edir. Ekspert son açıqlamasında sərhədyanı ərazilərdə yaşayan insanları silahlanmağa çağıran çıxışlar edib."Azərbaycanın bütün gücü böyük strateji əhəmiyyət kəsb edən Zəngəzura yönəlib. Hakimiyyətimiz tərəfindən dəstəklənən Azərbaycan tərəfinin atdığı addımlar Zəngəzurda təhlükəsizlik vəziyyətini maksimum dərəcədə gərginləşdirmək, kəndlərimizin sakinlərini evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyır. Təcili sərhəd rayonlarında özünümüdafiə dəstələrinin yaradılmasına ehtiyac var. Bu məsələ çoxdan qaldırılıb, sərhədyanı ərazilərdə sakinlər özünümüdafiə təşkil etmək istəyir, bu işi öz üzərinə götürməyə hazır olan könüllü dəstələr var. Amma hökumət sakinlərə silah vermək istəmir. Dövlətimiz bu addımla xalqımızı qorumaq iqtidarında olmadığını və acizliyini göstərir" deyə Armen Manvelyan bildirib.
Ekspert bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın suverenliyinin itirilməsi ilə nəticələnəcək. Ona görə də bu şərtlər altında demakrasiya-delimitasiyaya getmək dövlətə xəyanətdir:
"Ermənistan, Rusiya və Azərbaycan liderlərinin bu yaxınlarda Soçidə keçirilən görüşündə bir daha təsdiqlədi ki, tezliklə demarkasiya işlərinə başlanacaq. Ərazimizi işğal edən, əsirlərimizi qaytarmayan Azərbaycanla belə bir şəraitdə demakrasiya-delimitasiyaya getmək sadəcə dövlət xəyanətidir. Əminliklə deyə bilərəm ki, demarkasiya heç bir təhlükəsizlik problemimizi həll etməyəcək. Başa düşə bilmirəm ki, bu prosesin erməni tərəfinə nə faydası var? Tutaq ki, Vardenisin (Basarkeçərin) bir hissəsində sərhəd çəkilib. Düşünürsüz ki, azərbaycanlılar atəş açmağı, kəndlilərimizi sıxışdırmağı, heyvan oğurlamağı dayandıracaq? Başa düşmək lazımdır ki, yenə heç nə dəyişməyəcək. Anlamalıyıq ki, biz Azərbaycan üçün artıq bərabərhüquqlu rəqib deyilik, çünki bizim məğlub hökumətimiz var, ona görə də bərabərhüquqlu danışıqları, sülh dövrünü unutmalıyıq. Hakimiyyətimiz Zəngəzurdan keçməklə dəhliz məsələsinin olmadığına əmin olduğu halda, "Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizi məsələsi həll olundu" deyə israr edirlər, Rusiya prezidenti isə Soçi görüşündə dəhliz terminindən istifadə etməyi belə unutmadı.
Yol verilsə, bizim yox, üçüncü ölkənin nəzarətində olacaq, bu suverenliyin itirilməsidir. Əminəm ki, yol üstündə gedən bütün mübarizə ona kimin nəzarət edəcəyi ilə bağlıdır. Bu Ermənistanın suverenliyinin itirilməsinə, Zəngəzurun boşaldılmasına və Zəngəzurun Ermənistandan kəsilməsi prosesinin başlanmasına gətirib çıxaracaq. Bu gün hakimiyyətin fəaliyyəti nəticəsində Zəngəzurda bir sıra strateji mövqelər və yollar, xüsusən də Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçib.
Bütün bunların məqsədi Ermənistana mümkün qədər zərər verməkdir ki, bunu Azərbaycan tərəfi sistemli şəkildə həyata keçirir və bizim hakimiyyət bunu hiss etmir, bununla barışıb və belə yaşayırlar”./qaynarinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar