Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Soçidə razılıq əldə edildi, proses başlayır - Rus ekspert

Tarix: 27-11-2021 15:50     Baxış: 3189 A- / A+





Azərbaycan və Ermənistan sərhəddinin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması gərginliyin aradan qaldırılması və gələcəkdə sərhədlərin müəyyən edilməsi baxımından son dərəcə vacibdir.

Manevr.az xəbər verir ki, bunu report-a “Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, ekspert Stanislav Pritçin bildirib.
“Bu, son görüş deyil. Bu görüşdə tərəflər gərginliyin aradan qaldırılması və gələcəkdə sərhədlərin müəyyən edilməsi baxımından son dərəcə vacib əhəmiyyət kəsb edən sərhəddin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması haqqında razılığa gəldilər”, - o deyib.
Ekspert nəqliyyat dəhlizlərinin açılması məsələsinin də çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib:
“Bu məsələnin bəyanatda əks olunmasını və prezidentlərin də bu barədə danışmasını nəzərə alsaq, müəyyən razılığın əldə olunduğunu və yaxın zamanda açılma prosesinin başlayacağını güman etmək olar”.
Onun sözlərinə görə, görüşün formatı və onun nəticələrinə dair bəyanatın imzalanması ümumilikdə çox ciddi işin görüldüyündən xəbər verir.
Rusiyalı ekspert bildirib ki, dövlət başçılarının görüşü 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının ildönümü üçün keçirilməsi planlaşdırılırdı:
"Bu görüş bir tərəfdən yekun olmalı, digər tərəfdən gələcək həll planı haqqında danışmağa imkan verməli idi. Lakin həmin vaxt görüş çox güman ki, Ermənistan tərəfindən pozuldu. Bu da Ermənistan tərəfinin bu bəyanatı icra etməyə hazır olmadığından xəbər verir. Əvəzində isə Ermənistan Aİ-nin təklif etdiyi Brüssel görüşünə hazır olduğunu göstərdi”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar