Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya kənara çəkildi: Ermənistan Azərbaycanla tək qaldı - Kuznetsov Soçi görüşü haqda ...

Tarix: 27-11-2021 13:04     Baxış: 4396 A- / A+
"Noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan başçılarının Soçidə qəbul etdikləri bəyanat keçən ilin noyabrındakı bəyanatdan fərqli olaraq, Qarabağ münaqişəsi tərəflərinin hazırda bu region ətrafındakı vəziyyətdən razı olması effekti yaradır".
Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Rusiyalı politoloq bildirib ki, Azərbaycan bundan sonra Ermənistanla məsələsini özü həll edəcək, üçüncü tərəf olmayacaq:
"10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanan üçtərəfli bəyanatları müharibədən sonrakı nizamlanmada irəliləyişin yeganə əlamətini ehtiva edir. Çünki burada gələcəkdə sərhədlərin müəyyən edilməsi və imitasiya üzrə ikitərəfli Azərbaycan-Ermənistan dövlətlərarası komissiyasının yaradılması qeyd olunur. 
Bu bəyanatlarda Rusiyanın iki ölkə arasında dövlət sərhədinin müəyyən edilməsi və demarkasiyası prosesinə qarışmayacağına dair verdiyi zəmanət var və bu məsələ rəsmi Bakı və İrəvanın ixtiyarında qalacaq. Bu mənada Soçi bəyanatının mətnindən də məlum olur ki, Rusiya bu məsələdə iştirakdan könüllü olaraq geri çəkilərək, qalan hər şeyi indi Qarabağ ətrafında və Qarabağın özündə mövcud olan bu vəziyyətin qorunub saxlanmasına yönəldib.
Son üçtərəfli bəyanatın hər 3 bəndində bu regionda Rusiyanın sülhməramlı kontingentinin müsbət fəaliyyətinə və münaqişənin müharibədən sonrakı həllində onun müsbət roluna diqqət çəkilir. Bu o deməkdir ki, rəsmi Bakı və ən əsası Azərbaycan mətbuatı Qarabağdakı rus sülhməramlılarına qarşı tənqidlərin dərəcəsini azaltmalı və bunu ilk növbədə Azərbaycanın bəyəndiyini göstərməli olacaq. 
Onu da qeyd etmək lazımdır ki, bu bəyanatın yekun bəndi Azərbaycan tərəfi üçün o qədər də xoş məqam deyil. Bu, hazırda rəsmi İrəvan üçün daha faydalıdır. regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına təkan verməmək və o deməkdir ki, Zəngəzur dəhlizi məsələsi hələ də dondurulub. Rusiya Zəngəzur dəhlizinin, digər nəqliyyat kommunikasiyalarının açılması prosesindən yaxasını kənara çəkməyə çalışır. Belə çıxır ki, Azərbaycan bu problemi təkbaşına həll etməli olacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar