Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Soçi görüşünün detalları açıqlansa, ictimaiyyət ayağa qalxar” – Tofiq Zülfüqarovdan açıqlama

Tarix: 26-11-2021 13:12     Baxış: 4221 A- / A+


“Soçi görüşünün detalları açıqlansa, ictimaiyyət ayağa qalxar” – Tofiq Zülfüqarovdan açıqlama


Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif olan generalların növbəti dəfə atəşkəsi pozmağa cəhd göstərəcəkləri haqda versiyalar səsləndirilir.

Maraqlıdır, Soçi görüşü zamanı, yaxud görüşdən sonra Ermənistanla Azərbaycanın dövlət sərhədində hərbi əməliyyatlar yenidən başlaya bilərmi?
 
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, Soçi görüşündən sonra ehtimal edilən hərbi toqquşmanın reallaşması real görünmür:

"Məsələ ondadır ki, Soçi görüşünun nəticələrinin bütövlükdə ictimaiyyətə açıqlanacağını gözləmirəm. Bunun da obyektiv səbəbləri var. Bildiyiniz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Soçi görüşü öncəsi mətbuat konfrası keçirdi və Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərlə bağlı barışmaz mövqeyini sərgilədi. Hiss olunur ki, həm Azərbaycan, həm də bəzi məqamlara görə Rusiya Ermənistana təzyiq etməkdə israrlıdır. Ehtimal ki, Soçi görüşü zamanı bu təzyiq ediləcək. Çünki 10 noyabr bəyanatının imzalanmasından bir il ötməsinə baxmayaraq, bəzi məsələlər hələ də öz həllini tapmayıb. Həm vasitəçi Rusiya, həm də Azərbaycan bu vəziyyəti qəbul etmək istəmir. Düşünürəm, elə Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirməsi də məhz bununla əlaqədardır”.

Diplomatın sözlərinə görə, Soçi görüşünü bütün təfərrüatı ictimayətə açıqlansa Ermənistan cəmiyyəti ayağa qalxa bilər:

"Buna görə də deyə bilərəm ki, Soçi görüşündən sonra ictimaiyyətə açıqlanacaq detallar heç də bütün təfərrüatları əhatə etməyəcək. Yəni gizli mətləblər açıqlanmamış qalacaq. Xüsuilə Ermənistanın öhdəlik götürəcəyi məsələlər ictimaiyyət üçün əlçatmaq olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar