Xəbər lenti
“Paşinyan razılıq verib, ordu geri çəkiləcək” – Sensasion iddia

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr həmin məqamlarla bağlı razılığın olduğunu iddia edib:
“Sızan məlumata görə, delimitasiya və demarkasiya prosesinə başlamaq üçün ilkin şərt ordunun Sünikdən (Zəngəzur) çıxarılması, yəni demilitarizasiyasıdır. Bu, Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəzi açıqlamaların alt mətnində nəzərə çarpırdı.
Məsələn, Paşinyan qeyd edib ki, demarkasiya və delimitasiya ilə bağlı son təkliflər əvvəlkilərdən çox da fərqlənmir: “Qoşunların çıxarılması ideyası bizim tərəfimizdən irəli sürülüb. Amma sual yaranır ki, hansı prinsip əsasında və hansı ərazidən geri çəkilməlidir? Əgər demarkasiya və delimitasiya toqquşma şəraitində baş verərsə, onda bütün bu proses iflasa uğrayacaq”.
Sonra əlavə edib ki, bütün bunlarla bağlı gündəlik iş aparılır. Onun sözlərindən başa düşmək olar ki, toqquşmaların qarşısını almaq üçün ən yaxşı həll hər iki tərəfi hərbisizləşdirməkdir”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar