Xəbər lenti
Azərbaycan əsirləri verib əvəzində Ermənistandan nə alacaq? - Mühüm açıqlama
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı yenisabah.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə keçiriləcək görüşdə prioritet olaraq kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məslələri üzrə danışıqlar aparılacağı gözlənilir.
“Eyni zamanda, daha əvvəl imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarının icrası müzakirə olunacaq”, - deyə ekspert əlavə edib
Onun sözlərinə görə, əsirlərin qaytarılması məsələsi diqqətlə saxlanılacaq bir mövzudur:
“Çünki keçən səfər əsirləri xəritə müqabilində onlar təhvil verilmişdi. Təbii ki, Azərbaycan bu dəfə əsirləri Ermənistana hədiyyə kimi verməyəcək. Bunun müqabilində Ermənistan bəlli şərtləri qəbul etməlidir.
Prioritetlər arasında, həmçinin, minalı ərazilərin dəqiq xəritələrin təqdim olunması var. Daha sonra onları yoxlanılmalı, dəqiq olduğu qənaətinə gəldikdən sonra əsirlərin qaytarılması və ya digər razılaşmaların həyata keçirilməsi məsələsi müzakirə edilə bilər.
Düşünürəm ki, minalanmış ərazilərin rahat şəkildə təmizlənməsi üçün o xəritələrə ehtiyac var.
Ümumən üçtərəfli görüşdə bu məsələlərin obyektiv baxılacağı və Azərbaycanın xeyrinə olacaq qərarların qəbul ediləcəyi ilə bitəcəyi şübhəsizdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar