Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Putin təlimat verib, Bakıya göndərdi: “Kreml bunu istəyirsə, onda biz də...”

Tarix: 24-11-2021 16:51     Baxış: 4177 A- / A+


Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət emək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq”.

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iki gündən sonra Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşdə nələrin müzakirə ediləcəyi bəllidir. Əsas mövzu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənləşməsiylə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır. Məhz bu məqsədlə Krem sahibi Rusiya baş nazirinin müavini Aleksey Overçuku Bakıya göndərib. Overçuk Rusiya-Azərbaycan-Ermənistan üçətərəfli komissiyasında ölkəsini təmsil edir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Aleksey Overçukla görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı sərmayə qoyuluşu məsələlərini müzakirə edib. Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək”.
Elxan Şahinoğlu bildirib ki, Aleksey Overçuk il ərzində iki dəfə İrəvanda da olub:
“Overçukun Bakı və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. Aleksey Overçuk dəhliz ifadəsi işlətmir. O son açıqlamasında erməni rəsmiləri kimi belə bir ifadə işlədib: “Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”.
Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmir yoluna və avtomobil yoluna nəzarət edəcəyinə işarə etdikdə bununla bağlı Rusiya prezidentinin təlimatını yerinə yetirdiyini göstərir.
Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət emək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq. Bu da bizim təbii haqqımızdır”./teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar