Xəbər lenti
“Paşinyanın gizli sənədə imza atması inandırıcıdır” - Mühüm açıqlama
Doğrudanmı Nikol Paşinyan gizli sənədlərə imza atıb, mitinq və aksiyalar onu sülh fikrindən yayındıra bilərmi?
Manevr.az xəbərinə görə, politoloq Fəqani Məhərrəmli mövzu ilə bağlı yenisabah.az-a açıqlama verib:
“44 günlük Vətən müharibəsi və 10 noyabr bəyanatından sonra ermənilər tarix boyu görmədikləri, yaşamadıqları məğlubiyyətlə qarşılaşdılar. Bu cür məğlubiyyətdən sonra Ermənistanda xaos qaçılmaz idi. Xaotik addımlar, aksiyalar müharibədən dərhal sonra da baş verib, yenə də davam edəcək.
Bu proseslərdən sonra Ermənistanın müstəqil bir dövlət kimi yaşaması sual altındadır. Paşinyanın ölkədə baş verən çətin prosesin altından çıxması ehtimalı da yoxdur. Ermənistan iqtisadi blokadadan çıxmaq, müstəqil yaşamı davam etdirmək üçün hökmən Azərbaycanın şərtlərini qəbul edəcək. Buna görə də, Paşinyanın gizli və ya açıq şəkildə Azərbaycanın tələblərini qəbul edən sənədlərə imza atması real və inandırıcıdır”.
F.Məhərrəmli Paşinyan və komandasının real gücə çevrilə bilmədiyini də vurğulayıb:
“Ermənistan Türkiyəyə qarşı torpaq iddialarından vazkeçməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanıyıb Qarabağda qalan qanunsuz silahlı birləşmələri oradan çıxarmalıdır. Lakin bir məsələ var ki, Paşinyan və komandası Ermənistanda real gücə çevrilə bilmir, çox zəif hakimiyyətdir. Paşinyan hakimiyyətdən getsə belə, bu basqılar davam edəcək, heç nə dəyişməyəcək. Ermənistanın yeganə çıxış yolu Türkiyənin ərazi bütövlüyünü tanımaq, Azərbaycana qarşı ərazi iddialarından imtina etməkdir.
Ermənistanın sülhə imza atmaqdan imtina etməsi onu daha da çətin vəziyyətə sala bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar