Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Danışıqlar uzun illərimizi alacaq, ilk görüşdən sülh gözləməməliyik“

Tarix: 21-11-2021 11:36     Baxış: 4170 A- / A+

Avropa İttifaqı Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşıladığını və Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verdiyini açıqlayıb.
Maraqlıdır, baş tutacaq görüşdə hansı məsələlər müzakirə olunacaq? Azərbaycan hansı şərtlərlə çıxış edəcək? Bu görüş sülhün başlanğıcı sayıla bilərmi?
Manevr.az xəbər verir ki, politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələni modern.az-a şərh edərkən deyib ki, həm Azərbaycanı, həm də Ermənistanı 3 məsələ maraqlandırır:
“Bakını İrəvanla danışıqlarda əsasən 3 məsələ maraqlandırır:
Birincisi, dəhlizinin açılması, ikincisi, sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi üçün danışıqların başlanması.
Qeyd edə bilərəm ki, bizimlə yanaşı Ermənistanı da bu məsələ maraqlandırır. Təsadüfi deyil ki, Paşinyan da parlamentdə çıxışında sərhəd və sülh sazişi ilə danışıqlara başlamağa hazır olduqlarını dedi.
Dekabrın 15-də ilk dəfə müharibədən sonra belə görüş olacaq. Görüşdə qarşılıqlı fikir mübadiləsi baş tutacaq.
İlk görüşdən yüksək nəticə gözləmək də doğru deyil. Amma hər halda müharibədən daha yaxşıdı. Müzakirələr aparılmalıdı, danışıqlar olmalıdı və ortaq nəticəyə gəlinməlidir”.
Politoloq Brüsseldən sonra Moskvada da görüş olacaq, komissiyalar yaradılacağını deyib:
“Ola bilsin ki, Brüsseldən sonra Moskvada da ikinci dəfə görüş olsun. Məsələlər yenidən müzakirə edilsin, kommisiyalar yaradılsın”.
E.Şahinoğlu vurğulayıb ki, danışıqlar bizim uzun illərimizi alacaq, ilk görüşdən sülh gözləməməliyik:
“Danışıqlar qarşılıqlı razılaşma əsasında baş tutur. Əlbəttə ki, Ermənistanın bəzi şərtləri bizi, bizim bəzi şərtlərimiz Ermənistanı qane etmir. Ortaq məxrəc axtarılmalıdır. Sərhədlərin müəyyənləşməsi asan proses deyil, bu səbəbdən danışıqlar uzun illər davam edə bilər. Eyni zamanda, hər iki tərəf sülh məsələsini fərqli anlayır. Əsas məsələ qarşılıqlı anlamadı”. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar