Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan delimitasiya ilə bağlı məxfi danışıqlar aparır”

Tarix: 19-11-2021 17:18     Baxış: 3218 A- / A+

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlayacaq. Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib”.
 

Bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Andranik Koçaryan parlamentdə keçirilən brifinqdə deyib.
 
Onun sözlərinə görə, danışıqlar məxfi rejimdə həyata keçirilir. Koçaryan qeyd edib ki, məxfilik son dərəcə zəruridir, çünki məsələ sərhəddə qüvvələr balansına aiddir. “Bu atəş ocaqları meydana gəlsin deyə çox diqqətlə edilməlidir”.
 
Buna baxmayaraq, Koçaryan məsələ ilə bağlı əlavə detalları açıqlamayıb.
 
Bununla yanaşı, “Vətəndaş müqaviləsi” partiyasının üzvü, xarici məsələlər üzrə Komissiyanın sədri Eduard Ağacanyan bildirib ki, Ermənistan Rusiyaya sərhədin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamaq üçün razılıq verdiyi barədə yazılı bildiriş göndərib.
 
“Texniki məsələlər barədə razılıq əldə olunduqda Ermənistan Komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq. İşlərin məzmunu barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”, - deyə Ağacanyan əlavə edib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar