Xəbər lenti
"Rusiya sülhməramlılarına xəbərdarlıq edilməlidir” – Qabil Hüseynli
Son bir həftə ərzində Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsindəki qanunsuz erməni silahlı qruplaşmalarının və sərhəddə Ermənistan ordusunun təxribatları ara vermir.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, indiki halda hissi davranmamalı, təmkinli olub ermənilərin ard-arda diplomatik səhvlər etməsini gözləməliyik:
"Aydın məslədir ki, rəsmi Bakı hər şeyi yaxşı görür və dərk edir. Ordumuz onsuz da hər an döyüşə hazır vəziyyətdədir. Xüsusilə, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində törədilən təxribatlara verilən adekvat reaksiyalardan bunu bir daha görə bilərik. Lakin ordumuza arxayın olub ermənilərin istədiyi kimi provokasiyalara uymamalıyıq.
Məsələ ondadır ki, rəsmi İrəvan bütün hallarda Qərbin və Rusiyanın diqqətini regiona çəkmək, digər qüvvələri prosesə cəlb etmək istəyir. Buna yol verə bilmərik. Onsuz da istər Qarabağda, istərsə də sərhəddə baş verən istənilən təxribat cəhdi onların özü üçün ziyanlıdır. Rəsmi Bakı bundan istifadə edərək əks tədbirlər görə bilər və görür də. Azərbaycanın son təxribatın ardınca Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarəti tətbiq etməsi bunu bir daha sübut edir”.
Politoloqun fikrincə, anti-terror əməliyyatının vaxtı artıq yetişməkdədir:
"Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq etmək lazımdır. Azərbaycan hərbçisinə qumbara atan terrorçunun separatçılara verilməsi qəbuledilməzdir. Rusiya anlamalıdır ki, bütün bunlar məsələlərin dinc yolla həllinə kölgə salır və antiterror əməliyyatını qaçılmaz edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar