Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ordumuz anti-terror əməliyyatına başlaya bilər? – Rəylər

Tarix: 15-11-2021 14:38     Baxış: 4165 A- / A+







Son günlər Rusiya sülhmərmlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə erməni separatçı tör-töküntülərinin hərəkətləri cəmiyyətimizdə son dərəcə əsəbi bir mühüt formalaşdırıb. Və hər kəs haqlı olaraq soruşur ki, bu, niyə baş verir və bunun sonu olacaqmı? Əlbəttə ki, uzun müddət belə davam edə bilməz. Ordumuzun əsgərlərinə qarşı Daşaltı yaxınlığında nəzarət-buraxılış məntəqəsində həyata keçirilmiş terror və bundan sonra həmən terorçunun çox rahat şəkildə ermənilərə verilməsi qəbuledilməzdir.

Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Azərbaycanın anti-terror əməliyyatı ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.
“Baş verənlər düşündüyümüzdən də dərin və qəliz məsələlərdir. Azərbaycan sözsüz ki, bunları cavabsız buraxmayacaq. Mütləq cavab tədbirləri görüləcək və görülür. Anti-teror əməliyyatları isə an məsələsidir. Özü də bunu bizim igidlər çox səliqəli və qısa zamanda həyata keçirə bilərlər”, - Ü.Cəfərov bildirib.
Hərbi ekspertin sözlərinə görə, son vaxtlar Rusiya sülhməramlılarının da bəzi addımları Azərbaycan ictimaiyyəti tərəfindən dərin narahatlıqla qarşılanır:
“Xocalı ərazisində pravoslav kilsəsinin inşası, bəzi rus mədəniyyət xadimlərinə heykəllərin qoyulması, bununla paralel olaraq erməni yaraqlılarının cəzasızlıq mühütündə təxribatlara cəhdlər etməsi ciddi suallar doğurur. Belə davam edəcəksə, yaxın vaxtlarda biz daha çirkin və narahat hadisələrin şahidi olacağıq. Bunun qarşısı alınmalıdır və mütləq alınacaq. Həm də erməni yaraqlıları Azərbaycan tərəfə güc tətbiq etməsindən başqa yol saxlamır. Bu dəfə onların alacaqları zərbə ötən il 44 günlük Vətən savaşında aldıqları sarsıdıcı zərbədən daha ağır və ölümcül olacaq”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, anti-terror əməliyyatının vaxtı artıq yetişməkdədir və o prosesi həyata keçirmədən ermənilərlə normal sülhə nail olmaq mümkün deyil.
Politoloq onu da qeyd edib ki, terrorçunun separatçılara verilməsi rus sülhməramlılarının öz qərarı deyil:
“Hesab edirəm ki, Rusiyadakı bəzi qruplar da bu işdə maraqlı olub. Bütün bunlar isə məsələlərin dinc yolla həllinə kölgə salır və anti-terror əməliyyatını qaçılmaz edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar