Xəbər lenti
Braziliyalı senator Zəfər Günü münasibətilə deputat Müşfiq Məmmədliyə təbrik məktubu göndərib
Braziliya Federativ Respublikasının Milli Konqresinin üzvü, Federal Senatda Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri senator Antonio Anastasia Milli Məclisin Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Braziliya parlamentarlarının qətiyyətlə sülhü dəstəklədiklərini, zorakılığın istənilən təzahürünü, xüsusilə də mülki şəxslərə toxunan zorakılığı əsassız hesab etdiklərini bildirən senator Antonio Anastasia hər zaman olduğu kimi Vətən müharibəsi dövründə də Braziliyanın bölgəmizdə sülhün təmin olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi mövqeyini dəstəklədiyini vurğulayıb.
Deputat Müşfiq Məmmədliyə ünvanlanan məktubda münaqişə dövründə baş verən dağıntılara və insan itkilərinə görə dərin kədər və məyusluq ifadə olunub. Uzun illər davam edən Qarabağ münaqişəsinin və silahlı toqquşmaların başa çatması, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən üçtərəfli bəyanatın imzalanması xəbərlərinin Braziliya parlamentarları tərəfindən böyük sevinclə qarşılandığı qeyd edilib.
Braziliya Senatında Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və inkişaf dövrü başlanmasını alqışlayıb, regionda ləyaqətli həyat üçün zəruri olan infrastrukturun qurulmasını yüksək dəyərləndirib.
Senator Antonio Anastasia işğal dövründə bu ərazilərdə basdırılmış minaların olmasından, hələ də Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası sahəsində həll olunmamış məsələlərin qalmasından təəssüfləndiklərini bildirib.
Təbrik məktubunda xalqlarımızın rifahı naminə Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə birlikdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılacağına inam ifadə olunub. Qeyd edilib ki, sabit, dünyəvi və müasir demokratik dövlət olan Azərbaycan strateji cəhətdən həm geosiyasi mövqeyinə görə, həm də neft-qaz ehtiyatlarına görə iqtisadi və kommersiya baxımından inkişaf üçün çox böyük potensiala malikdir.
Braziliya senator Azərbaycana sabitlik, əmin-amanlıq və uzunmüddətli inkişaf arzulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar