Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əgər 10 noyabr bəyanatını imzalamasaydım... – Paşinyan

Tarix: 11-11-2021 11:46     Baxış: 3152 A- / A+

10 noyabr 2020-ci il bəyanatının imzalanmasının bir ilinin tamam olduğu günlərdə ən çox xatırlanan hadisələrdən biri də Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyidir.

Manevr.az xəbər verir ki, 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə onlayn imzalanma mərasimi zamanı Nikol Paşinyan Rusiya liderindən kapitulyasiya aktı kimi dəyərləndirilən bu bəyanata imzanı canlı yayımda atmaması üçün xahiş etmişdi və Azərbaycan Prezidenti bunu anlayışla qarşılamışdı.
Bəyanat imzalanan gün İlham Əliyev xalqa müraciət etdi və fikrini bildirdi, qələbə sevincini xalqla bölüşdü.
Ermənistan lideri isə yalnız bir neçə gündən sonra üzə çıxdı. O, müsahibə verərək, bəyanata imza atmağa məcbur olduğunu bu cür izah etdi:
“Əgər birgə bəyanatı imzalamasaydım, qısa müddətdə nəinki Xankəndi, 20-30 min əsgər də mühasirəyə düşəcəkdi”.
Bu bəyanatdakı tələblərin parlament və yaxud siyasi partiyalarla müzakirə edilməməsinə gəlincə, N.Paşinyan etiraf etmişdi ki, vaxt yox idi, bu qərar cəmi bir neçə saat içində verilməli idi, əks halda ağır nəticələrlə qarşılaşacaqdı.
N.Paşinyan həmçinin bu qərarı verərkən generalların istəklərini, tələblərini nəzərə aldığını, imzalamayacağı halda daha dəhşətli nəticələr olacağını da bildirir.
Onun bəyanata yanaşmasında bir məqam da diqqəti çəkir. N.Paşinyan bildirir ki, bu bəyanatla o, “xilas edilməsi mümkün olanı xilas etdi”.
Bəyanatın sülh sənədi olmadığını, müharibəni dayandırdığını deyən N.Paşinyan bu bəyanatı icra etməməklə bağlı sualı da cavablandırır:
“Biz bu sənədi cırıb çölə ata bilərik. Ancaq bunun nəticələrini düşünmək lazımdır. Sənəddən imtina etmək üçün yol varmı? Mən belə bir yol görmürəm və bu haqda təklif də eşitməmişəm”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar