Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sarkisyan anasını niyə Azərbaycanda dəfn etdi?

Tarix: 10-11-2021 12:20     Baxış: 4255 A- / A+


Xəbər verdiyimiz kimi, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın anası dünyasını dəyişib. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın qatıldığı dəfn mərasimi Xankəndidə baş tutub. 
Sarkisyanın anasını Azərbaycan şəhəri olan Xankəndidə torpağa tapşırması sosial şəbəkələrin hər iki seqmentində müzakirələrə səbəb oldu. Ermənilər bunu Xankəndinin əbədi olaraq onlarda qalacağı ilə əlaqələndirsələr də, azəbaycanlı sosail şəbəkə iştirakçıları fərqli mövqe ortaya qoydular. Onların fikrincə, Azərbaycan xalqı tolerant olduğu, kimliyindən asılı olmayaraq dünyadan köçən insanların xatirəsinə ehtiranla yanaşdığı davrandığı üçün Sarkisyanın ailəsi bu addımı atıb.
Ümumiyyətlə, bu məsələdə siyasi səbəb axtarmağa ehtiyac varmı?

Manevr.az-ın xəbərinə görə, Milli Məclisin üzvü
Ceyhun Məmmədov mövzu ilə bağlı yenisabah.az-a açıqlama verib.
“Burada siyasi səbəb axtarmağa ehtiyac yoxdur. Bəzən müəyyən məsələlərə görə müzakirələr aparılır. Həmin müzakirələrdə biz obyektiv yanaşma görə bilmirik.
Bəli, hazırki dövrdə Xankəndidə müəyyən sayda ermənilər yaşayır. Cənab Prezident də dəfələrlə bildirib ki, onlar bizim vətəndaşlardır. Sovet hökuməti dağılmadan öncə əvvəlki Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər yaşayırdı. Ermənilər yaşasa belə bu ərazilər bizimdir, hər zaman belə olacaq.
Sarkisyanın anasının dəfn mərasiminin Xankəndidə keçirilməsi ərazilərin ermənilərə aid olması demək deyil. Birmənalı olaraq həm beynəlxalq hüquq baxımından, həm də siyasi baxımdan bu ərazilər Azərbaycan əraziləridir. Azərbaycan torpaqlarının böyük əksəriyyətini işğaldan azad edib və yekun sülh müqaviləsi imzalamağa çalışır.
Hesab edirəm ki, tezliklə həmin ərazilər də tam olaraq Azərbaycanın nəzarətində olacaq. Orada yaşayan ermənilər də bizim vətəndaşlarımızdır, başqa cür ola bilməz.
Bu cür məsələlərdə siyasi səbəblər axtarmaq, kimisə günahlandırmaq istiqamətində addımlar atmaq doğru deyil”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar