Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Bir yox, yüz Muradov da olsa..."- Keçmiş komandanın QARABAĞA GƏLMƏSİNƏ REAKSİYA

Tarix: 09-11-2021 22:08     Baxış: 4160 A- / A+


"Rüstəm Muradov Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmayan, daha doğrusu xoş qarşılanmayan bir adamdır"
Manevr.az xəbər verir ki, bunu hit.az-a açıqlamasında “Cümhuriyyət” qəzetinin baş redaktoru, politoloq Rafael Becanov Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gəsəfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Muradovun komandanlıq etdiyi dövr birmənalı qarşılanmadığı üçün ciddi şəxs kimi də qəbul olunmur:
"Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə tədbir keçirilməsi planlaşdırılır. Rüstəm Muradov da keçmiş komandan və Cənub Hərbi Dairəsinin komandanının müavini kimi həmin tədbirdə iştirak edəcək. Amma Rüstəm Muradov Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmayan, daha doğrusu xoş qarşılanmayan bir adamdır. Onun komandanlıq etdiyi dövr birmənalı qarşılanmır. Çünki o dövrdə Ermənistan  tərəfindən Qarabağa silah-sursat daşınmasına cəhdlər edilir və Muradov buna laqeyd yanaşır, şərait yaradırdı".
Muradovun komandanlığı ermənilər üçün sanki göydəndüşmə olduğunu deyən Becanov, artıq onun komandan olmadığını və komandanlıqdan uzaqlaşdırılmasının da məhz fəaliyyətindəki nöqsanlarla bağlı olduğunu söylədi:
"Onun komandanlıqdan uzaqlaşdırılması təkcə rotasiya məsələsi deyil, Azərbaycanın tələbi xüsusi rol oynayıb. Ona görə də Rüstəm Muradov təsir gücü olmayan biridir. Onun gəlişi-gedişi heç nəyi dəyişə bilməz. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə Azərbaycanın qəti möveyi və iradəsi ortadadır. Şuşada keçirilən Zəfər Günü bütün məsələlərə nöqtə qoyub. Bir yox, yüz Muradov da olsa, hər hansı təxribatdan söhbət gedə biməz. Ermənistan məğlub olub, kapitulaysiya aktını imzalayıb. Bütün havadarları yığışıb onu ayağa qaldırmaq istəsələr də mümkün olmayacaq. Azərbaycan ordusunun qüdrətini Ermənistan da, ermənilər də heç zaman unutmayacaqlar.  Sadəcə, Rusiya sülhməramlıların məsuliyyət zonaında oan ərazilər de-jure və de-fakto Azərbaycan ərazisi olduğundan Muradov Azərbaycan hökumətindən müvafiq icazə almaqla Qarabağa gələ bilər. Əgər bu icazə alınmayıbsa, onda müvafiq strukturlar onun gəlişinin qaşısını almalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar