Xəbər lenti
“Biz buna hazırıq” - Paşinyandan kritik açıqlama
Manevr.az xəbər verir ki, erməni mediasının məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, 9 noyabr tarixli bəyanatın 9-cu bəndində deyilir ki, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar açılmalıdır, Ermənistanın Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinə zəmanət verdiyi qeyd olunur: “Bundan sonra tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyalarının tikintisindən danışırıq. Məsələ burasındadır ki, əvvəlcə mövcud kommunikasiyaları açmaq lazımdır və əgər zaman keçdikcə yük daşımalarının böyük olduğu ortaya çıxarsa, bu zaman yeni kommunikasiyalara ehtiyac haqqında düşünmək olar.
Üstəlik, biz hesab edirik ki, Azərbaycan Ermənistan ərazisindən, Ermənistanın suveren yolları ilə Naxçıvanla əlaqə saxlamalıdır, biz buna hazırıq. Ermənistan isə Azərbaycan ərazisi vasitəsilə Rusiya və İranla əlaqə saxlamalıdır. Azərbaycanın Türkiyə ilə əlaqə saxlamaq imkanı olacaq. Yəni təkcə daxili kommunikasiyalardan danışa bilmərik”.
Paşinyan qeyd edib ki, üçtərəfli işçi qrupu İcevan-Qazax, Berd-Tovuz, Anqeqakoç-Biçənək, Horadiz-Arazdəyən, Horadiz-Mehri-Ordubad-Arazdəyən hissələrində bütün mümkün marşrutları müəyyənləşdirib: “Biz hesab edirik ki, Arazdəyən-Ordubad-Mehri-Arazdəyən dəmir yolunu, eləcə də magistral yolları Ermənistan öz ərazisində, Azərbaycan da öz ərazisində çəkməlidir. İşçi qrupu bütün mümkün yolları təklif edib. İndi biz bu marşrutları müzakirə edib razılığa gəlməliyik. Texniki tərəf ən çətini deyil. Ən çətini bu kommunikasiyaların hansı düsturlara uyğun işləsidir”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar