Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsul Quliyev: "Putin aşağı savada malik olduğu üçün özündən razı, təkəbbürlü birisidir"

Tarix: 05-11-2021 17:18     Baxış: 3183 A- / A+




"Rusiyanın nə vaxtsa Azərbaycana dost ölkə olacağına inanmıram. 2014-cü ildən Qərb ölkələri tərəfindən izolyasiyaya salınmış Rusiyanın prezidenti Putinin özünə inamı daha da artıb və o yenidən keçmiş SSSR-ni qismən bərpa etmək planını həyata keçirmək niyyətindədir".

Manevr.az xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, Putin bu niyyətini reallaşdıracağına inanır: Heç bir sahədə uğur qazanmadığından bu istiqamətdə qələbə çalmaq istəyir. Artıq Belarusu İttifaq adı altında faktiki işğal edib. Onların qəbul etdikləri həmin 26 müddəa faktiki Belarusun müstəqilliyini itirməsi deməkdir. Lukaşenko vəzifəsi naminə Belarus xalqını satdı. Putin bu sazişə başqa ölkələrin də qoşulacağını bəyan edib. İlk növbədə, o, Tacikstan, Ermənistan və Qırğızıstana bunu təklif edəcək. Növbədə Qazaxstan və Azərbaycandır. Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3+3 planınını dəstəkləyir. Ancaq onu da bilir ki, Gürcüstan heç vaxt Rusiya ilə eyni müqavilədə iştirak etməyəcək. Gürcüstan NATO və Avropa İttifaqının üzvü olmaq istəyir. Özbəkistan və Türkmənistanın Rusiya ilə sərhəddi yoxdur və hər iki ölkə Çinlə sıx əlaqədədir. Qazaxstanın da ümidi Çinədir. Türk əsilli ölkələrin arasında olan müqavilə başqa bir mərhələyə keçməlidir. Bu ölkələrin dünyanın ikinci superderjavası sayılan Çinlə əlaqələri də tamamilə başqa bir müstəviyə keçməlidir. Putin aşağı savada malik olduğu üçün özündən razı, təkəbbürlü birisidir. Ən azı özünü Pyotr, Yekaterina, Stalindən sonra Rusiyanın 4-cü şəxsiyyəti hesab edir. Qalib Azərbaycan xalqını gələcək bir neçə ildə çox mürəkkəb imtahanlar gözləyir. İnanıram ki, bu illərdə də 2020-ci il qələbə ənənəsi davam edəcək. Bütün Azərbaycanlıları Qələbənin il dönümü münasibətilə ürəkdən təbrik edirəm"./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar