Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Dəhliz məsələsi həll olunub, Ermənistan rəhbərliyi bunu ictimaiyyətdən gizlədir” - ŞOK AÇIQLAMA

Tarix: 04-11-2021 19:48     Baxış: 4142 A- / A+

“Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll olunub və  müzakirələr detallar üzərində gedir”.

Manevr.az xəbər verir ki, bunu Yerevandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan “Ermənistan-Xəbərlər” agentliyinə videomüsahibəsində deyib.
Onun sözlərinə görə, noyabrın 8-də, 9-da, yaxud 10-da Ermənistan baş naziri Nikol Paşinyanla  Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün baş tutub-tutmayacağı mühüm deyil. Mühüm olanı budur ki, belə görüş gec-tez olacaq və dəhliz məsələsi müzakirə ediləcək, hansısa müqavilə imzalanacaq.
“Bu sənəd müqavilə, yaxud başqa necəsə adlana bilər, amma heç bir şübhə yoxdur ki, proses gedir. Məsələ olduqca fəal müzakirə olunur, ümumən, kobud desək, həll olunub və aydındır ki, dəhliz açılacaq. Hansı variantda, hansı texniki şərtlərlə, necə, bütün bunlar müzakirə predmetidir”, – erməni ekspert bildirib.
İsgəndəryanın sözlərinə görə, dəhlizin açılması məsələsi praktiki olaraq həll edilsə də Ermənistan rəhbərliyi bunu ictimaiyyətdən ört-basdır etməyə çalışır. “Bu məsələdə Ermənistana təzyiqlər çox ciddidir, konsolidə edilmişdir və müxtəlif tərəflərdən yönəlib”, – o əlavə edib./Konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar