Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Braziliyalı qonaq və yerli nümayəndə heyəti Ələt Azad İqtisadi Zonası ilə tanış olub - ŞƏKİL

Tarix: 03-11-2021 13:15     Baxış: 3245 A- / A+

Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Müşfiq Məmmədli, Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Fövqaladə və Səalhiyyətli Səfiri Elxan Poluxov və digər şəxslər Ələt Azad İqtisadi Zonası ilə tanış olublar.
Manevr.az-ın xəbərinə görə, İqtisadi zonanın rəsmisi  görülən işlər barədə qonaqlara məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Görüş zamanı Azərbaycan Braziliya iqtisadi əlaqələrinin Ələt İqtisadi Zonasında perspektivləri də müzakirə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar