Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat: “Sonra da oturub pullar ayıracağıq ki...”

Tarix: 01-11-2021 20:38     Baxış: 4207 A- / A+




“Ermənilərin qondarma "Artsax" adlandırdıqları ərazidə aparılan müharibəyə həsr olunan (yəni bizim 44 günlük Qələbə savaşımıza aid) "Gate to Heaven" ("Cənnətə qapı") adlı filmi Ontario Beynəlxalq Film Festivalında  4 nüfuzlu mükafatdan birini qazanıb”.
 
Manevr.az-ın xəbərinə görə, bu barədə deputat Fazil Mustafa məlumat verib.
 
F.Mustafa bildirib ki, Azərbaycanda isə baş qarışıqdır, kino sahəsində fəxri adı olmayanların axtarışı gedir: “Yəni, kino çəkdin- çəkmədin, hamının mütləq fəxri adı olmalıdır. "Tərəqqi" medalı da öz yerində. Bilmirəm, beynəlxalq arenaya çıxarmaq istədiyimiz 44 savaşın gerçəklərini, xüsusilə də Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalinin qətl edilməsini hansısa filmdə əks etdirmişikmi və haçansa bunu dünyaya çıxaracağıqmı? Hər halda bu sahədə ermənilərin geniş iş apardıqları ortadadır. Tədbirlər, bayramlar, fişənglər öz yerində, bu kimi vacib sahələrə də diqqət yetirmək lazımdır. İlk başdan kim təbliğatda üstələdisə, prosesi də o yönəldəcək. Sonra da oturub pullar ayıracağıq ki, necə edək bu filmləri ayrı-ayrı ölkələrdə ekranlardan yığışdıraq. Ən doğru yol keyfiyyətli alternativləri yaratmaq yoludur. Televiziyalarda da olduğu kimi kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq. Söhbət son illərdəki teleseriallarımıza bənzər yerli mallardan getmir, dünya səviyyəsinə və parametrlərinə uyğun gələn filmlərin yaradılmasından gedir”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar