Xəbər lenti
ABŞ Türkiyə ilə əlaqələri davam etdirmək istəyir

Ağ Ev ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.
Türkiyə mətbuatının məlumatına görə, açıqlamada bildirilib ki, ABŞ Türkiyə ilə konstruktiv əlaqələri davam etdirmək istəyir.
Qeyd olunub ki, Türkiyə önəmli bir hərbi və NATO müttəfiqidir, prezidentlərin görüşündə ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması məsələsində razılığa gəlinib.
Açıqlamada C. Bayden və R. T Ərdoğanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yönündə məsələlərin də müzakirə olunduğu qeyd edilib. Görüşdə NATO və strateji ortaqlıq vurğulanıb, prezidentlər iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluqlarını dilə gətiriblər.
Türkiyə tərəfindən də yüksək səviyyəli rəsmilərdən biri görüşün müsbət atmosferdə keçdiyini bildirib.
Qeyd edək ki, Romada keçirilən 16-cı G-20 sammiti çərçivəsində Bakı vaxtı ilə 13.15-də başlayan görüş bir saatdan çox çəkib. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar