Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan uşaq qatilidir, bunu dünya bilməlidir - Öztürk

Tarix: 31-10-2021 17:46     Baxış: 4190 A- / A+
Ermənistan uşaq qatilidir, bunu dünya bilməlidir - Öztürk
"Bu gün Halil Kahramanla birgə burda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim".

Manevr.az xəbər verir ki, bunu türkiyəli jurnalist Fulya Öztürk "Fulya" filminin təqdimatında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu film ermənilərin insanları necə qətlə yetirdiyinin sübutudur: "Açığı, filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Ermənistanın Bərdədə və Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik".
"Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı.Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Hər zaman deyildiyi kimi, Qarabağ Azərbaycandır!", - F.Öztürk əlavə edib.
Qeyd edək ki, bu gün Nizami Kinoteatrında "Fulya" filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və media nümayəndələri iştirak edib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar