Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hansı xəritələrlə sərhədi çəkək? – Paşinyanın cavabı

Tarix: 28-10-2021 09:52     Baxış: 4174 A- / A+

Hansı sovet xəritələrinin Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi üçün kifayət qədər hüquqi baxımdan əsasa malik olduğunu bilmək lazımdır.

Manevr.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin ötən gün keçirilən iclasındakı çıxışında deyib.
Paşinyan müxalif deputatın Putinin bununla bağlı Rusiyada xəritələr olması barədə sualına cavab verərkən bildirib:
“Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin ayrılması ilə bağlı xatırlatdığı xəritələr 100 faiz də olmasa, heç olmasa, 99 faiz “Ermənistanın administraiv- ərazisi haqqında” qanunu ilə üst-üstə düşməlidir.
“O xəritələr təxminən müttəfiq respublikaların xəritələri ilə üst-üstə düşür. O ayrı məsələdir ki, bu xəritələrdən hansı sərhədlərin dəqiq müəyyən edilməsinə xidmət edə bilər. Müttəfiq respublikalar arasında xəritələr bir neçə dəfə dəyişib və bunun müxtəlif səbəbləri olub. Məsələn, olub ki, Sov İKP MK-nın növbəti plenumunda bir rayonun icra katibliyi qonşu ölkənin qardaş rayonuna otlaq sahəsini verib və yaxud əksinə. Biz bilməliyik ki, xəritələr necə dəyişib, nə vaxt dəyişib və niyə dəyişib”.
Qeyd edək ki, Paşinyan bu sözlərlə dolayısı ilə Azərbaycandan hissə-hissə “otlaq sahəsi” adı ilə qoparılan torpaqların mövcudluğuna işarə edib.
Bu baxımdan sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi gündəmə gəlib. Ermənistan mediası bəzi mənbələrə əsasən, 1920-ci il xəritələri əsasında sərhədlərin müəyyənləşə biləcəyini iddia edir./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar