Xəbər lenti
Səudiyyə Ərəbistanı Sarkisyana niyə qucaq açdı? – Açıqlama

Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib.
Manevr.az xəbər verir ki, politoloq Asif Nərimanlı xatırladıb ki, bu səfər İrəvan-Ər-Riyad xəttində ilk hadisədir:
"Ermənistanın Prezident aparatı bunu "misli görünməmiş hadisə və İrəvan üçün beynəlxalq münasibətlərdə dönüş nöqtəsi” adlandırır. Eyni zamanda ilk sayılan bu səfər Bakının maraqları fonunda da düşündürücüdür. Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsinə görə indiyə qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. İndi bu istiqamətdə ilk rəsmi addımın atılmasının təsadüfi deyil. Qarabağ münaqişəsi artıq həll olunub və Ər-Riyad İrəvanla münasibətlərdə maneənin qalmadığını düşünür: İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanının indiyə qədər Qarabağ məsələsində özünü İslam dövləti kimi aparması da unudulmamalıdır”.
Politoloq səfərin kökündə dayanan digər səbəbdən də danışıb:
"İkinci səbəb isə, Türkiyə faktorudur. Əslində Ər-Riyadın Armen Sarkisyanı qəbul etməsinin arxasındakı siyasi amil Türkiyənin Qafqaza gəlişi və son proseslərdir. Ərəb dünyasında Azərbaycanla bağlı əvvəlki mövqeyin dəyişməsi də ötən ilin Tovuz döyüşlərində və sonrasında Ankaranın Bakıya dəstəyindən sonra açıq şəkildə hiss olunmağa başladı. Səudiyyə Ərəbistanı İrəvana qapı açmaqla Bakıya qarşı balans yaratmağa çalışır.
Münaqişənin başa çatması və regionda Bakı-İrəvan münasibətlərində normallaşma gözləntiləri fonunda Ər-Riyad-İrəvan xəttindəki açılım o qədər də təhlükəli görünməyə bilər. Lakin yenə də rəsmi Bakı bu prosesi həm ərəb dünyasını, həm də "ərəb kapitalı”nı itirməmək baxımından nəzarətdən kənarda saxlamamalıdır”./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar