Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Hizbullah”ın qurucusundan Qarabağla bağlı inanılmaz çıxış: "Yalançısan, İran"

Tarix: 25-10-2021 20:04     Baxış: 4297 A- / A+
“Hizbullah”ın qurucusundan Qarabağla bağlı inanılmaz çıxış:

Livandakı "Hizbullah” radikal şiə təşkilatının qurucularından biri olan şeyx Tufeyli İranın Qarabağda baş verənlərə münasibəti haqda sensasion açıqlamalar verib. 

Manevr.az xəbər verir ki, Şeyx Tufeyli "Anadolu” agentliyinə müsahibəsində bu haqda danışıb.

Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zamanlarda İranda olduğunu xatırladan şeyx bildirib ki, o zaman Tehrandakı siyasətçilər  və İran mətbuatı bu işğala dəstək verirdi. Şeyx Tufeyli Ermənistanın baş nazirinin "İranın dəstəyi olmasaydı 1990-cı ilin əvvəllərində Ermənistan ordusu məğlub olardı” sözlərini də xatırladıb. Deyib ki, İran Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana hərbi və logistik dəstək verirdi.

"O vaxt (90-cı illərin əvvəllərində) İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. "Sizlər nəyə görə xristian erməniləri bu məzlum müsəlmanlara qarşı dəstəkləyirsiniz” deyə soruşdum. Mənə verdiyi cavab hərfən bu cür oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətləri ilə Türkiyə arasında bir əngəl təşkil edir. Dolayısıyla Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü qapatmış olsun. O zaman Azərbaycan hələ yeni dövlət qururdu və oraada İsrail adına heç nə yox idi”,-Şeyx Tufeyli deyib.

Livanlı şiə alimi onu da bildirib ki, İran 1996-cı ildə İsraillə anlaşma imzalayaraq işğal altındakı Fələstin torpaqlarında heç bir İsrail əsgərinə zərər verməyəcəyi haqda öhdəlik götürüb. "Bu gün İsrailə görə Azərbaycanla problem yaşadığını deyirsən, amma yalançısan. İranın siyasəti dürüst deyil, dağıdıcı siyasətdir. Bu səbəblə İranın siyasətinin çoxunun heç özünə də fayda vermədiyini görə bilərik”,-o vurğulayıb.

Şeyx Tufeyli "Hizbullah”ı quranlardan biri olub və bu təşkilatın ilk baş katibidir. Lakin 1992-ci ildə "Hizbullah”la yollarını ayırıb./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar