Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan “hər şeyə hazırıq” mesajı verdi: “Yükü Moskvanın üzərinə qoymaq istəyir”

Tarix: 25-10-2021 17:18     Baxış: 4232 A- / A+


Paşinyan “hər şeyə hazırıq” mesajı verdi: “Yükü Moskvanın üzərinə qoymaq istəyir”

"Ermənistanın Baş naziri Paşinyanın 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı üç fikri diqqət çəkir”. 

Manevr.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Nikol iddia edir ki, Azərbaycan Ordusunun Zod (Kəlbəcər-Söyüdlü) - Xəzinəvar (Gorusun kəndi) hissəsindən çıxarılması demarkasiya prosesi üçün əlverişli şərait yaradacaq:

"Bu fikir Azərbaycanın toqquşmaların baş verdiyi Kəlbəcər istiqamətində Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etdiyini deməyə əsas verir. İkincisi, Nikol sərhəddəki ordunu sərhəd qoşunları ilə əvəzləməkdən danışır. Bu plan Ermənistanın 2021-2025-ci il dövlət proqramında əksini tapıb. Plana görə, Ermənistanın yeni müdafiə strategiyası əsasən sərhəd qoşunlarının təkmilləşdirilməsi üzərində qurulur. Bu, İrəvanda mövcud hakimiyyətin postmüharibə dövrünə hazırlığıdır. Üçüncüsü, Nikol çıxışında "regionda yeni dövrün başladığını, düşmənçilik atmosferindən çıxmağın vacibliyini” vurğulayıb və bəyan edib ki, "Ermənistanın niyyəti yeni ərazilər tutmaq deyil””.

Siyasi şərhçi qeyd edib ki,  Paşinyan hakimiyyəti ölkəni blokadadan çıxarmaq üçün "hər şeyə hazırıq” mesajı verir:

"Bu, həm də Ermənistanın Qarabağ iddiasını tədricən arxa plana keçirməsidir. Paşinyanın təhlükəsizlik prioritetinin sərhədin mühafizəsi olduğunu açıqlaması da buna hesablanıb. Hərçənd, burada İrəvan Qarabağdakı erməniləri Rusiyanın qucağına itələmək və yükü Moskvanın üzərinə qoymaq niyyəti də məlumdur”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar