Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvanın arzusu yenə puç oldu: Tehran Bakı ilə anlaşır - Video

Tarix: 22-10-2021 17:40     Baxış: 4273 A- / A+

Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi əməkdaşlıq etmək cəhdi tamamilə fiyaskoya uğradı.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında İran-Azərbaycan siyasi-iqtisadi münasibətlərində irəliləyişi şərh edən politoloq Turab Rzayev deyib.
Politoloq bildirib ki, Azərbaycanın atdığı qətiyyətli addımlar və diplomatik aktivlik yekun nəticədə Ermənistanın planlarına çox böyük bir zərbə oldu:
“Ermənistan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün maksimum istifadə etməyə çalışırdı. Düşünürdü ki, İranı Ermənistan ərazisindən keçməklə Poti limanına qədər uzanacaq beynəlxalq yolun çəkilməsinə və bunun maliyyəsini Tehranın üzərinə qoymağa nail olacaq. Çünki Ermənistan hazırda daha acınacaqlı durumdadır, Azərbaycan ərazisini bərpa etmək və Gorus-Qafan yolunun bir hissəsini nəzarətə götürməklə, İrəvana misilsiz təsir imkanı əldə edib, bu ölkəni tam blokadaya alıb”.
Politoloqun sözlərinə görə, İran Ermənistanın sui-istifadə cəhdlərinin iqtisadi maraqlarına qətiyyən cavab vermədiyini anladı:
“İran regionda əsas söz sahibi olan Azərbaycandan yan keçməklə hər hansı meqalayihənin mümkünsüz olduğunu başa düşdü. Yekun nəticədə İran Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu və bununla bağlı bəyanat verdi.
Ermənistan rəhbərliyi də birdəfəlik başa düşməlidir ki, Azərbaycanın iştirakı olmadan heç bir regional və ya beynəlxalq nəqliyyat infrastruktur dəhlizi yaradıla bilməz. Ona görə də qalib dövlətin şərtlərini qəbul etməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar