Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentlərin iştirakı ilə Türk Şurasının Zirvə görüşü olacaq

Tarix: 22-10-2021 15:33     Baxış: 3199 A- / A+




“Biz Türk Şurası olaraq 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə böyük bir yola çıxdıq. Dünyada beynəlxalq təşkilatlar çoxdur, amma xüsusilə qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq qurumlardan çox fərqlədir”.
 
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Şurasının mediaforumunda çıxış edərkən bildirib.
 
“Beynəlxalq təşkilatlar bəzən siyasi, iqtisadi və digər maraqlar əsasında formalaşır. Təbii ki, bizim təşkilatın da bu kimi maraqları var. Lakin bundan əlavə Türk Şurasının təməlində, ana fəlsəfəsində məhz bizim qardaşlığımız, ortaq dəyərlərimiz, keçmişimiz və tariximiz dayanır. Türk Şurasının gücü və qüdrəti bundan qaynaqlanır. Türk Şurası dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan təşkilatdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
 
Bir neçə həftədən sonra dövlət başçılarının iştirakı ilə Türk Şurasının Zirvə görüşünün keçiriləcəyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Bu Sammitdə vacib qərarların qəbul olunması gözlənilir. Bu qərarlar Türk Şurasının beynəlxalq münasibətlərdə daha da güclü mövqeyə malik olmasına imkan yaradacaq. Türk Şurası dedikdə qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlıq nəzərdə tutulur. Bu, ilk növbədə, siyasi əməkdaşlığımızdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qətiyyətlə dəstəkləyir.
 
2019-cu ildə Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz sədrliyi dövründə əməkdaşlığımızın inkişafına hər sahə üzrə töhfə verməyə davam edəcək. Məmnunluq hissi ilə demək istərdim ki, Azərbaycanın sədrliyi dövründə əməkdaşlığımız daha da genişləndi, qardaş Özbəkistan Türk Şurasının tam hüquqlu üzvü oldu, qardaş Türkmənistan da müşahidəçi statusunda Türk Şurasına qoşuldu. Bu, bizim sıralarımızı daha da genişləndirdi. Eyni zamanda, dünya miqyasında Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar