Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Erməni dilində danışırıq” deyən deputata keçmiş nazirdən sərt reaksiya: “Ayıbdır...“

Tarix: 14-10-2021 17:03     Baxış: 3210 A- / A+

“Erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, erməni dilində danışırıq, erməni dilini öyrədirik”.

Bu fikirlə Milli Məclisin payız sessiyasının plenar iclasında millət vəkili Tural Gəncəliyev çıxış edib.

Manevr.az xəbər verir ki, deputatın səsləndirdiyi fikirlərə münasibət bildirən sabiq təhsil naziri, professor Firudin Cəlilov Publika.az-a açıqlamasında deyib ki, 20 minlik etnik azlığın cəmiyyətə inteqrasiyası üçün 10 milyondan çox insanın erməni dilini öyrənməyə cəlb olunması təşəbbüsü məntiqəuyğun deyil:
“Deputatın səsləndirdiyi bu fikirlər tamamilə absurddur. Bu, nə çıxışdır?! Ayıbdır. Qarabağ ermənilərinə görə bizim hamımızın erməni dilini bilməyimiz çox absurd və gerçəyə uyğun olmayan bir təklifdir. Əgər Qarabağ erməniləri Azərbaycanda yaşayacaqsa, qoy onlar bizim dilimizdə danışsınlar. Onlar həm də Azərabaycan vətəndaşıdır. Öz dillərində danışa bilərlər, təhsil ala bilərlər, başqa azsaylı xalqlar necə yaşayırlarsa, onlar da elə etsinlər. Qarabağ ermənilərinin yarısı alban xristianlarıdır. Onların əksəriyyəti Azərbaycan türkcəsini çox yaxşı bilir. Ermənilərin də bizim dilimizi öyrənməyinə ehtiyac yoxdur, onlar bunu çoxdan öyrəniblər. Onlar lazım gəlsə, bizdən də yaxşı danışırlar. Buna görə də ortada problem yoxdur, özümüzdən nələrsə yaratmağa da ehtiyac yoxdur”.
Professor T.Gəncəliyevin çıxışını əsassız hesab edir: “Deputatın bu fikirləri çox məntiqsizdir. Deməli, Azərbaycanda 100 min ləzgi varsa, gedib hamımız onların dilini öyrənməliyik? Kürdü, talışı və digərlərini də o formada öyrənməliyik? Buna nə ehtiyac var?! Heç cür anlaya bilmirəm, görəsən bu ağıl ilə onlar gedib parlamentə necə çıxıblar?! Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Onlar da Azərbaycan dilində danışmalıdırlar. Öz dillərində məktəb ola bilər, bu, bizim Konstitusiyamızda da var. Kim istəyirsə, öz ana dilində olan məktəbdə oxuya bilər, bu, onların öz seçimidir. Amma 10 milyondan çox azərbaycanlının ermənilərin inteqrasiyası üçün gedib erməni dilini öyrənməsi absurddur”./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar