Xəbər lenti
"İran Azərbaycana qarşı əsassız ittihamlara görə üzr istəməsə..." - SƏRT AÇIQLAMA
Maraqlıdır, İran-Azərbaycan arasındakı gərginlik nə zaman sona çatacaq? Rəsmi Tehran öz səhvini başa düşərək gərginliyi aradan qaldıracaq addımlar ata bilərmi?
Manevr.az-ın xəbərinə görə, çövzu ilə bağlı sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov xatırladıb ki, İranın mollasından tutmuş, bəzi millət vəkilləri, parlament üzvlərinə qədər - rəsmi şəxsləri tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib:
"İran Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən sonra bölgədə yaranmış yeni reallığı həzm edə bilmir və görünür, qələbəmiz onların yürütdüyü siyasətə uyğunlaşmır. Əslində İran çalışdı ki, əzələ nümayiş etdirsin - Azərbaycanla sərhəddə, Xəzər dənizində hərbi təlimlər keçirdi. Heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur və buna icazə vermərik. O cümlədən İranın əsassız ittihamlarını Azərbaycan tərəfi rədd edir.
Nəhayətdə, İranın XİN rəhbəri Azərbaycanın XİN rəhbəri ilə əlaqə saxladı və telefon danışığında son gərginlik müzakirə edildi. İran tərəfinin son məlumatı ondan ibarətdir ki, bu ölkənin XİN rəhbəri Azərbaycana səfər etmək niyyətindədir. Ümumilikdə, əgər İran öz qərəzli mövqeyindən, əsassız iddialarından əl çəkməsə, əlbəttə, Azərbaycan da öz növbəsində İranla olan münasibətlərinə yenidən baxmağa məcbur olacaq”.
"Çünki Azərbaycan artıq bölgədə sülhün təmin olunmasında ən vacib aktorlardan biridir. İran nə qədər çabalasa da, Ermənistan xaric, bölgə ölkələrinin hər biri, o cümlədən dünya ölkələri İranın əsassız ittihamlarını qınayırlar. Bununla bağlı İran XİN rəhbəri tələsik Moskvaya da getdi və oradan üzgün vəziyyətdə əliboş qayıtdı. Ətrafımızda olan müttəfiqimiz, qardaş ölkə Türkiyə, eyni zamanda Pakistan hər zaman bizim yanımızdadır. Belə ittihamlarla Azərbaycanın daxili işlərinə qarışmaq yolverilməzdir. Həmçinin, onlar bizim müstəqil siyasət yürütməyimizə mane ola bilməyəcəklər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar