Xəbər lenti
“Qafqazla bağlı Gürcüstandan mühüm təklif: buna razı olsaq..." - Zərdüşt Əlizadə
“Əslində belə təklif 10 illər ərzində səslənir. Az-çox bu təklif haqqında eçitmişik. Amma bir var gerçəklik, bir də var istəklər. Gerçəklik ondan ibarətdir ki, Cənubi Qafqaz respublikalarının daxili işlərinə və sərhədlərinə böyük dövlətlər qarışır. Bundan hər üç respublika itirir. Məsələn, Gürcüstan 20 faiz ərazisini itirib. Abzaxiya və Osetiyanı Rusiya işğal edib. Azərbaycan 20 faiz ərazisini itirmişdi, Vətən müharibəsi ilə münaqişə həll olundu. Ermənistan özü isə böyük dövlətlərin əlində öz xəstə təxəyyülü ucbatından oyuncağa çevrilib. İndi də başına döyə-döyə qalıb, hər sahədə zəlil durumdadır”.
Zərdüşt Əlizadə deyir ki, belə bir vəziyyətdə Gürcüstan hökumət başçısı təklif edir ki, bəlkə biz başqa dövlətlərin təsiri olmadan öz aramızdakı məsələləri müzakirə edərək yoluna qoyaq: “Yəni burada məntiq və ağıl var. Amma böyük dövlətlər bunu qəbul edərlərmi? Mənim fikrimcə, çətin. Bunun da səbəbi var.
Ermənistan özünə aid olan məsələləri təkbaşına həll etmək qabiliyyətinə sahib deyil. Azərbaycan özü sıx dərəcədə Türkiyə ilə yaxınlaşıb. Gürcüstan da öz növbəsində açıq bəyan edib ki, üzünü NATO və Avropaya tutub. Hərçənd ki indi Avropa və NATO-nun özü dərin böhran içindədir. Amma Tiflis elan edir ki, NATO-ya gedirik. Həm də nəzərə almaq lazımdır ki, NATO elan edir ki, hələlik Gürcüstanı üzvlüyə qəbul etməyəcək. Eləcə də Avropa Birliyi. Belə bir şəraitdə təklif məntiqi baxımından ağlabatandır, amma təəssüflər olsun ki, onun gerçəkləşmə ehtimalı çox aşağıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar