Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Etibar Məmmədov: "Azərbaycana milli mollalar lazımdır"

Tarix: 12-10-2021 23:02     Baxış: 4136 A- / A+
Etibar Məmmədov: "Azərbaycana milli mollalar lazımdır"

"Azərbaycan hökuməti İranın Azərbaycandakı casus şəbəkəsini zərərsizləşdirməlidir".

Manevr.az xəbər verir ki, bu təkliflə AMİP lideri Etibar Məmmədov Yeni Müsavat TV-nin efirində çıxış edib.
Partiya lideri qeyd edib ki, indiyə qədər İran Azərbaycanın ərazisində özünü çox sərbəst hiss edib:
“İran mədəni və dini əlaqələr adı ilə özünə tərəfdar da yığıb. Sadəcə olaraq, onları neytrallaşdırmaq lazımdır. Hökumət dini siyasətində ciddi dəyişikliklər etməlidir. Azərbaycanın irançı və yaxud başqa dövlətlərə meyilli strukturları tamamilə neytrallaşdırılmalıdır. Azərbaycana milli mollalar lazımdır. İran Azərbaycanı içəridən qarışdırmağa və parçalamağa cəhdlər edib. Bundan sonra da edəcək.
Biz də İranda yaşayan soydaşlarımızın hüquqlarını qaldırmalıyıq. Konstitusiyaya dəyişiklik etməliyik ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların himayədarıdır. Hökumət İranda yaşayan soydaşlarımızın mədəni, təhsil hüquqlarını müdafiəsinə də kömək etməlidir. İranda olan soydaşlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılmalı, onlar üçün xüsusi kvotalar ayrılmalıdır”.
E. Məmmədov vurğulayıb ki, daxildə İranın şəbəkələri çox güclüdür:
“Azərbaycanda korrupsiya, rüşvət mühitindən özləri üçün çox faydalanıblar. Adamlarını da həmin rüşvət vasitəsilə yaxşı yerlərə yerləşdiriblər. Düzdür, onlar aşkar olunub və təmizlənib. Ancaq çox böyük şəbəkə yaradıblar və bundan da istifadə edəcəklər.
Təhsil, mədəniyyətdən tutmuş hərbi və təhlükəsizlik sahəsində də onların şəbəkələri var. Təmizləməyə çalışırlar, amma bu daha ciddi və geniş səviyyədə olmalıdır”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar