Xəbər lenti
Ermənistanla bağlı vasitəçiliyi Tiflisin öz üzərinə götürməsi nə deməkdir?
"Vasitəçilik missiyasını məhz Tiflisin öz üzərinə götürməsi daha yaxşı variantdır”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanın oynaya biləcəyi roldan danışarkən deyib.
"Nə İran, nə də Rusiya Ermənistanla Azərbaycan arasında vasitəçi ola bilməz. Ona görə ki, bu iki ölkə tərəf saxlayır. Amma Tiflisin burada üçüncü hakim statusunda çıxış etməsi daha məqbuldur. Azərbaycanla Gürcüstanın münasibətləri yaxşıdır. Bakı Tiflisə inanır. Eyni zamanda, Tiflis-İrəvan münasibətlərində də kəskin qarşıdurma yoxdur.
Yəni Gürcüstan bu dövlətlər arasında elə bir dövlətdir ki, Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər. Bu vasitəçiliyin Azərbaycana heç bir ziyanı olmayacaq. Hadisələrin gedişi göstərir ki, Gürcüstan qonşu və dost Azərbaycanla ikitərəfli münasibətdə olan ölkə kimi heç zaman Ermənistanla bağlı tərəf qismində çıxış etməyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar