Xəbər lenti
"İranın narahatlığının başlıca səbəbi Ermənistanın Qarabağdan sıxışdırılıb çıxarılmasıdır" - AÇIQLAMA
"Altılıq format Türkiyənin təklif etdiyi 3+3 moduludur. Təklif edilən formatın onurğasını Türkiyə, Azərbaycan və Rusiya təşkil edir. Digər 3 ölkə isə İran, Gürcüstan və Ermənistandır. Yəni, altılıq formatın tərkib hissəsi ola biləcək 6 dövlətdən təkcə Azərbaycanla İran arasında deyil, həmçinin Azərbaycan-Ermənistan və Rusiya-Gürcüstan münasibətlərində də problemlər yaşanır. Bütün bunlara baxmayaraq, formatın onurğasını təşkil edən əsas dövlətlər digərlərini bu və ya digər formada razılaşdıra bilərlər".
Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, İranın cığallıq etməsinin başlıca səbəbi Ermənistanın Qarabağdan sıxışdırılıb çıxarılması, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsidir: "Bununla İranın narkotik ticarətinin qarşısı alınıb, çünki İran bütün bu qanunsuz işləri Qarabağ üzərindən həyata keçirirdi. Ona görə də İran Zəngəzur dəhlizinin açılmasında ən maraqsız olan tərəfdir. Ümumiyyətlə isə İranın cığallığı müvəqqətidir, paxıl və qısqanc uşaqlar kimi davranır. Azərbaycanın bölgədə nüfuzunun artmasını həzm edə bilmir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, İranın əsas dərdi, azarı Azərbaycandan daha çox Türkiyəyə bağlıdır. Vaxtilə İranla Azərbaycan arasında memorandum imzalanıb və bu hadisədən sonra Azərbaycan parlamenti qanun qəbul edib. Qanuna əsasən, Azərbaycan ərazisində başqa bir dövlətin silahlı qüvvələri yerləşdirilə bilməz. Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları da ölkəmizdə müvəqqətidir. İran bütün bunları bilə-bilə ara qarışdırır, çünki "biznes"ləri ziyan görüb. Onlar Azərbaycanda şiəliyi, narkotikanı, terrorizmi yayırdılar, Bakıda, Sumqayıtda "patı" adlandırılan metamfetamin sintetik maddəsini hazırlayanlar da İran mütəxəssisləridir. Yəni, İranın başlıca məqsədi Azərbaycan gəncliyini zəhərləmək, onları ruhdan salmaqdır. 44 günlük Vətən müharibəsi isə İranın planlarını alt-üst edib. İran bir ildir ki, havalanıb, havalı gəzir. Tarix boyu da İranın ayaq basdığı yerlər yaman günə qalıb. İstənilən halda, altılıq format İranı bir növ siyasi cəhətdən ram etməyə xidmət edir. İran istəsə də, istəməsə də Rusiya bunu mütləq həyata keçirəcək. Nəzərə almaq lazımdır ki, Rusiyaya qoyulan bir sıra sanksiyaların mənfi nəticələrini müəyyən qədər ortadan qaldırmaq üçün tək yol Zəngəzur dəhlizinin açılmasıdır. İran isə bunu başa düşmür, çünki siyasətdən anlamır. Ölkədə dini də o qədər siyasiləşdiriblər ki, İslam gözdən düşüb. Qısacası, İran altılıq formatda iştirak etməyə məcburdur. Həmçinin bu cür davranmağa davam edərsə, İranda çox güclü parçalanma olacaq, çünki ölkə iqtisadiyyatı çökür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar