Xəbər lenti
İranın Bakıya qarşı “Qafqaz dəhlizi” şousu...
Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İranın Zəngəzur dəhlizinə alternativ olaraq Ermənistan üzərindən Gürcüstana uzanacaq “Qafqaz dəhlizi” ideyası (Azərbaycan ərazisindən keçməyən) irəli sürməsi haqda danışarkən deyib.
Ekspert bildirib ki, bu, çox bahalı bir layihədir:
“Hələ ki, Ermənistan tərəfindən maliyyə ayrılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Əgər bu layihəni İran özü maliyyələşdirməyi düşünürsə, Tehranın indiki iqtisadi durumuna görə həddən artıq bahalı layihədir və yaxın zamanlarda İranın buna pul ayıracağını düşünmürəm. İranın sanksiya altında olduğunu nəzərə alsaq, beynəlxalq maliyyə qurumlarının da bu layihədə hansısa iştirak və yaxud kredit ayırmaq istəyi ciddi sual altındadır. Məncə, İran bu məsələni gündəmə gətirməklə Azərbaycanın əsas moderator olduğu bir çox dəhlizlərdən “öz payını” almaq fikrinə düşüb. Başqa sözlə, Zəngəzur dəhlizi, Şərqə-Qərb və yaxud Cənub-Şimal xətləri ilə bağlı danışıqlarda İran “alternativ layihəyə sahib olduğu” görüntüsü ilə daha uğurlu mövqedən çıxış etməyi hədəfləyir”.
Ekspert bildirib ki, İranın Ermənistan üzərindən Gürcüstana, oradan da limanlarla Avropaya – Yunanıstan və Bolqarıstana çıxış əldə etmək istəyi yeni ideya deyil:
“Bu, 90-ci illərdən bu günə qədər dəfələrlə müzakirə edilib. Amma bu “alternativ tranzit yolu”nun çəkilməsində ciddi problemlər var. Ermənistandan keçən yolun Yuxarı Lars yoluna birləşməsi nəzərdə tutulur. Yuxarı Lars yolu isə işlək deyil, təbiətə bağlıdır: şaxtalar başlayan kimi yol bağlanır. Təxminən noyabr ayından marta qədər Lars yolu buz bağlaması və qar uçqunları səbəbindən işləmir. Bu yolu işlək etməyən digər səbəb isə Gürcüstanla Rusiya arasında o qədər də xoş olmayan münasibətlərdir. Yəni yay ayında da Gürcüstan bu yoldan keçidə maneə törədə bilir. Bu sadalananlara maliyyə, texniki və başqa səbəbləri də əlavə etsək, bu yolun reallaşdırılması ehtimalı çox aşağıdır. Sadəcə, bu məsələni gündəmdə saxlamaqla İran Azərbaycanla danışıqlarda müəyyən üstünlük qazanmağı düşünür”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar