Xəbər lenti
“Bizim alternativ yolumuz da var, İran özünə ziyan vuracaq” – Tehranın təxribatına REAKSİYA
"Görünən odur ki, İran bu cür təhdidlərlə, soyuq müharibə variantları ilə Azərbaycanı öz yolundan döndərmək istəyir".
Manevr.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz hərbi uçuşlara qoyulan qadağadan danışıb:
"İran bu gün Azərbaycanın Naxçıvan bölgəsinə hərbi uçuşlarına qadağa qoyub. Azərbaycanın hərbi mənbələri bu yoldan az istifadə edildiyini, alternativ marşrutların da olduğunu bildirir. Görünən odur ki, İran Azərbaycanı öz yolundan döndərmək istəyir. Halbuki Prezidentin ötəngünkü çıxışında İranın təhdidlərinə və iddialarına qarşı sübutlar istənilmişdi.
Görünür ki, sübutlar olmadığından Ermənistanın maraqlarına cavab verən bu tip addımlar atılıb. Düşünmək olar ki, Ermənistan maraqlarına uyğun addımlar atmaqla İran daha çox özünə ziyan vuracaq".
O, maraqlı güclərin mümkün təxribatlarına hazır olmağımızın vacibliyini vurğulayıb:
"Cəmiyyət olaraq bu arada təxribatların, dezinformasiyaların qarşısını almaq üçün daha diqqətli olmalıyıq. Ötən gün Prezident İran rəsmilərinin əsassız ittihamlarının cavabsız qalmayacağını və bu tip ittihamlara imkan verilməyəcəyini bildirmişdi. Çox doğru olaraq bu gün İranın ali dini rəhbəri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb"./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar