Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Regiona davamlı sülhü yanız Rusiya, Türkiyə və İranın birliyi gətirə bilər" - Maksim Şevçenko

Tarix: 06-03-2017 11:46     Baxış: 3552 A- / A+
 “Regiona davamlı sülhü yanız Rusiya, Türkiyə və İranın birliyi gətirə bilər"


Ermənilərin Azərbaycan tərəfə atdığı mərmilər Ərdoğana istiqamətlənmiş atəşlərdir”

"Fevralın sonlarında təmas xəttində yaşanan hadisələrdə Ermənistanın 2016-cı ilin aprel müharibəsindən sonra qisas almaq hissi böyük rol oynayıb".

Bunu "Report"a açıqlamasında Rusiya Federasiyasının Prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı Şurasının üzvü, politoloq Maksim Şevçenko bildirib.

"Fevralda təmas xəttində gərginliyin artmasında günahkar ilk növbədə, Ermənistandır və onlar bunu praktiki olaraq inkar etmirlər", - deyə, M.Şevçenko vurğulayıb.

Onun fikrincə, münaqişənin yenidən alovlanmasının səbəblərindən biri ultrasağçı avropalı "müşahidəçilər"in iştirakı ilə Qarabağda qondarma referendumun keçirilməsidir.

Şura üzvü ikinci səbəb kimi Ermənistanda 2016-cı ilin aprel müharibəsindən sonra qisas almaq hissinin olmasını göstərib.

Ekspert Ermənistanın əsas düşməninin Azərbaycan yox, Türkiyə olduğunu bildirib: "Onlarla tarixi münaqişə erməni ictimaiyyətinə elə təlqin edilir ki, bu, indi milli özünüdərkin amillərindən birinə çevrilib. Azərbaycan ermənilər tərəfindən Türkiyənin müttəfiqi kimi qəbul edildiyindən, Azərbaycana atılan mərmilər ümumilikdə Ərdoğana istiqamətlənmiş atəşlərdir", - politoloq hesab edir.

M.Şevçenko bildirib ki, Qarabağ münaqişəsində Moskvanın balans siyasəti, ola bilsin, strateji baxımdan düz deyil, amma bu siyasətin Rusiya üçün zəruri balansı təmin etməsi baxımından özünü doğruldur.

"Hesab edirəm ki, Minsk Qrupu artıq tükənib, ilk növbədə də ABŞ-ın mövqeyinə görə. Amerikalılar Qafqazda sülhün olmasında qətiyyən maraqlı deyillər. Məncə, yalnız Rusiya, Türkiyə və İranın birliyi regiona, o cümlədən Qarabağ münaqişəsi zonasına davamlı sülh gətirə bilər", - Şura üzvü əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar