Xəbər lenti
"Türkiyə üçün əsas məsələ Qarabağdır, Rusiya isə...” - Partiya sədri
“Rusiyanın məşhur politoloqlardan biri Aleksandr Duqindir. Duqin gepolitik mövzularda Rusiyanın maraqlarını ifadə edir. Məsələn, Duqin bəyan edib ki, Ərdoğan-Putin görüşündə tərəflər qırmızı xətlərini çəkiblər, razılaşıblar. Oradakı razılaşmaların bir çoxu həyata keçdikcə biz biləcəyik”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədrinin sözlərinə görə, Ərdoğan-Putin görüşündən sonra Rusiyanın BMT-dəki nümayəndəsinin “Rusiya Azərbaycana qarşı Ermənistanı dəstəkləmir” bəyanatı ilə çıxış etməsi göstərir ki, Soçi görüşündə bizi maraqlandıran mövzuda razılaşma əldə olunub:
“Qalan məsələlər isə gələcəkdə bir-bir həyata keçdikcə məlum olacaq”.
Sərdar Cəlaloğlu qeyd edib ki, Türkiyə Krımla bağlı Rusiya siyasətinə maneə göstərməyəcəyi təqdirdə Moskvanın Şimali Kiprin müstəqilliyini tanıya biləcəyinə dair fikirlər də səsləndirilib:
“Mənim qənaətimcə, türk Kiprinin müstəqilliyinin tanınması Rusiya üçün o qədər də önəmli məsələ deyil. Düşünürəm ki, Türkiyə başqa məsələlərdə Rusiya ilə razılaşıb. Əsas Qarabağdır. Məncə, bu gün Türkiyə üçün həyati əhəmiyyəti olan mövzu Qarabağdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar