Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təlimlər Ankara və Bakının Tehrana cavabıdır? – Polkovnikdən AÇIQLAMA

Tarix: 04-10-2021 17:25     Baxış: 4149 A- / A+
Təlimlər Ankara və Bakının Tehrana cavabıdır? – Polkovnikdən AÇIQLAMA

Sabah Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start veriləcək. 5-8 oktyabr tarixlərində keçiriləcək təlimin bir neçə gündür, davam edən və bu gün yekunlaşan İranın "Xeybəri fəth edənlər” kod adlı hərbi təlimləri ilə paralelik təşkil etməsi maraqla qarşılanıb.

Maraqlıdır, rəsmi Bakı Ankara ilə birlikdə keçirdiyi "Sarsılmaz qardaşlıq-2021” təlimi İranın cənub sərhədlərimizdə keçirdiyi "Xeybəri fəth edənlər” təliminə cavab xarakteri daşıyır?

Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı sfera.az-a açıqlama verən hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib ki, "Sarsılmaz qardaşlıq-2021” hərbi təlimi heç bir halda "Xeybəri fəth edənlər” təliminə cavab xarakterli deyil.

"Məsələ ondadır ki, "Sarsılmaz qardaşlıq-2021” hərbi təlimi öncədən planlaşdırılan təlimdir. İndiki halda təlimin məqsədi iki qardaş ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətinin təşkili, qarşıya qoyulan məqsədlərin birlikdə həll edilməsi, iki ordunun qarşılıqlı əlaqələndirilməsi və təcrübə mübadiləsidir.
Bildiyiniz kimi, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər getdikcə intensivləşir. Bu da təsadüfi deyil. Çünki rəsmi Bakı ilə Ankara arasında hərbi əməkdaşlığa dair müvafiq sənəd imzalanıb. Bu sənədə görə, tərəflər il ərzində təyin edilmiş vaxtlarda qarşılıqlı hərbi təlimlər keçirə və ya tərəflərdən biri digərinin istəyi ilə yenə eyni qaydada təlimlər keçirə bilər.

O ki qaldı İranın cənub sərhədlərimizdə keçirdiyi hərbi təlimə deyə bilərəm ki, bu İranın öz daxili işidir. Düşünmürəm ki, bu təlimlər də rəsmi Bakıya yönələn br təhdiddir. İran öz ərazisində istədiyi kimi hərbi təlim keçirə bilər. Düzdür, iranlı rəsmilər məsələni fərqli cür şərh etsə də düşünürəm, mövcud gərginlik müvəqqətidir və tədricən münasibətlər normallaşacaq.

Nəticə etibarilə İran tərəfinin də "Sarsılmaz qardaşlıq-2021” hərbi təlimlərini özü üçün təhlükə sayması yersizdir. Bu təlimlər heç bir ölkəni hədəfə almır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar