Xəbər lenti
"Qarabağ erməni klanı daxili siyasi vəziyyəti gərginləşdirmək və..." - Açıqlama

"Azərbaycanla Ermənistan, eləcə də Türkiyə ilə Ermənistan arasında yaxınlaşma prosesinin başlanması haqqında təşəbbüslər artdıqca, Ermənistanda buna mane olan qüvvələr də fəallaşırlar".
Manevr.az xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib. Politoloq Ermənistanda iqtidar əleyhinə çıxışların çoxladığını bildirib:
"Xüsusən, Qarabağ erməni klanı daxili siyasi vəziyyəti gərginləşdirmək və yaxınlaşma prosesinin qarşısını almaq üçün yeni qüvvə ilə ortaya atılıb. Oktyabrın 1-də Ermənistanın eks-prezidenti, Xocalı cəlladı Serj Sarqsyan tərəfdarları qarşısında çıxış edərkən yenə də hamını hədələməyə başlayıb. Amma Ermənistan iqtidarının əleyhinə təhdidlərə başlayan təkcə Sarqsyan deyil. İkinci prezident Robert Köçəryan, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan da eyni məzmunlu bəyanatlarını intensivləşdirib".
Ə.İbrahimov ermənilərin Nikol Paşinyanın ətrafında sıx birləşdiyini qeyd edib:
"İqtidar əleyhinə çıxışlarda fəallaşan şəxslər Ermənistanda mitinqlərin payız mövsümünü açmağa cəhd edirlər. Lakin deyəsən, bir şey alınmır. Ermənilər Paşinyanın ətrafında daha sıx birləşməkdə davam edirlər. Onlar Qarabağ erməni klanının siyasi səhnədən uzaqlaşdırılmasından məmnunluq duyurlar və Qarabağ avantürasının Ermənistanı uçuruma apardığının fərqindədirlər./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar