Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan-Putin görüşündəki Qarabağ mesajı: Laçın dəhlizi bağlanacaq?

Tarix: 01-10-2021 12:22     Baxış: 4133 A- / A+
Ərdoğan-Putin görüşündəki Qarabağ mesajı: Laçın dəhlizi bağlanacaq?

Rusiya və Türkiyə prezidentlərinin sentyabrın 29-da Soçidə keçirilmiş görüşündə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyət də müzakirə olunub.

Dövlət başçıları danışıqların nəticəsi ilə bağlı jurnalistlərə geniş açıqlama vermədiyi üçün Qarabağ məsələsinə dair söhbətin detalları və yekun qərarlar barədə ətraflı məlumat yoxdur. “Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.

Lakin Ərdoğanın Soçidən qayıdarkən “Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq”deməsi onun Putinlə bölgədə nəqliyyat və kommunisiyaların açılmasını müzakirə etdiyini göstərir: “Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq”.

“Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, - R.T.Ərdoğan qeyd edib. Tərəflər arasında yekun sənəd imzalanmasa da, hər iki ölkə Suriyada olduğu kimi, Qarabağda qarşılıqlı əməkdaşlıq formulu tapa bilib. Ona görə də regiondakı rəqabətə baxmayaraq, Rusiyanı və Türkiyəni birləşdirən ortaq maraqlar qalmaqdadır.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, Qarabağ məsələsi iki prezident arasında müzakirə predmeti olub. Rusiya Prezidentinin Türkiyənin regionda, yəni Qarabağda sabitliyin təminatıçısı olduğunu vurğulaması bunu bir daha təsdiq edir:

“Əslində, bu, çox ciddi açıqlamadır və dolayısı ilə Türkiyənin Cənubi Qafqazda mövcudluğunu qəbul etmək anlamına gəlir. Putin öz açıqlaması ilə bu gün Qarabağda iki həlledici tərəfin olduğunu nəzərə çatdırırdı. Bu söz sahiblərindən biri Rusiya, digəri isə Türkiyədir. Əgər təhlükəsizliyi təmin edən tərəflərin Rusiya və Türkiyə olduğu Vldamir Putin səviyyəsində bəyan edilirsə, bu mesaj regionda marağı olan güclərə ismarlanıb.

Belə ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən digər ölkələr, İran və və digər böyük dövlətlər Rusiyanın və Türkiyənin mövqeyi ilə barışmalıdır. Bu, həm də o deməkdir ki, Qarabağın taleyi Rusiya-Türkiyə anlaşmasından keçir. Proseslərin belə gedişi Azərbaycanın maraqlarına uyğundur. Çünki 10 noyabr Bəyannaməsinə görə, Azərbaycan öz suverenliyini bütün ərazilərdə təmin etməlidir. Eyni zamanda kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması prosesi başlamalı və yerinə yetirilməlidir. Sənədə imza atmış bütün tərəflərin öhdəlikləri var. Bu imzalara hörmət olunmasa və öhdəliklərə əməl olunmasa, ölkələr arasında etimad itə bilər. Bu da xoşagəlməz situasiya yarada bilər. Türkiyə Cənubi Qafqazda balanslaşdırıcı gücdür və Rusiya bunu qəbul edir. Türkiyənin əsas maraqlarından biri də Zəngəzur dəhlzininin açılması ilə bağlıdır. Prezident Ərdoğan bu məsələnin üzərində həssaslıqla dayanıb. Mənə elə gəlir ki, Cənab Ərdoğan bu dəhlizin açılmasını razılaşdırıb. Azərbaycan tərəfindən dəmir yolu və avtomobil yolunun açılması istiqamətində işlər görülür.

Dəhlizin Ermənistan ərazisindən keçən 44 kilometrlik hissəsi ilə bağlı hesab edirəm ki, prezidentlər müzakirə aparıb. Çünki Ermənistan dəmir yollarının əsas sahibi Rusiya şirkətləridir. Həmçinin, 10 noyabr Bəyannaməsinin 9-cu bəndinə uyğun olaraq, Zəngəzur dəhlizinin mühafizəsini Rusiya Federal Təhülkəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirməlidir. Ona görə də bu məsələdə Rusiyanın qərarı həlledici əhəmiyyətə malikdir. Doğrudur, bu məsələdə Ermənistanın da mövqeyi vacibdir. Lakin Zəngəzur dəhlizininin açılmasına qarşı çıxan və Paşinyana təzyiq göstərən revanşist qüvvələrin ipi də Rusiyanın əlindədir. Ona görə də yaxın bir-iki il ərzində avtomobil və dəmir yolları inşa olunacaq. Türkiyədən Naxçıvana dəmir yolunun çəkilişinə də başlayıb. Bu isə Rusiyanın Azərbaycandan və Ermənistandan keçməklə Naxçıvan vasitəsilə Türkiyəyə, hətta Avropaya quru yolu ilə əlaqə yaratmağa imkan verəcək”.

Natiq Miri bildirdi ki, Rusiya Prezidenti 10 noyabr Bəyannaməsindəki imzasına hörmətlə yanaşmalıdır. Çox güman ki, Prezident Ərdoğan da Putindən 10 noyabr sənədində götürülmüş öhdəliklərin yerinə yetirilməsini tələb edib.

Ekspertin qənaətincə, həmin şərtlərin həyata keçməsi Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığına inteqrasiyasını sürətləndirəcək:

“Türkiyə də dolayısı ilə Rusiyanın diqqətinə çatdırır ki, əgər Azərbaycanın növbəti hərbi təlimlər keçirməsini istəmirsinizsə, bu məsələlər icra olunmalıdır. Ardıcıl hərbi təlimlərin keçirilməsinin məqsədi də bu idi. Rusiya da anlayır ki, Azərbaycan həqiqətən antiterror əməliyyatı həyata keçirmək istəyir. Bu halda erməni qanunsuz silahlı birləşmələrinin zərərsizləşməsi Rusiyanın əlini zəiflədəcək. Son günlərdə baş verən qarşılıqlı müsbət mesajların da mahiyyəti bununla bağlıdır. Azərbaycan Prezidenti sülhməramlılar haqqında çox müsbət fikirlər işlətdi. Halbuki, dövlət başçısı bundan öncəki açıqlamasında sülhməramlı kontingentin öz həddini aşdığını dilə gətirmişdi. Ancaq sülhməramlıların komandanı Kosobokovun istefasından və ictimaiyyətə məlum olmayan anlaşmalardan sonra Azərbaycan müsbət mesajlar verdi. Bura Rusiyadan yeni silahların alınması da daxildir. Rusiya hərbi kontingenti səlahiyyətlərini aşan və Azərbaycanın suveren hüquqlarını pozan hərəkətlər edirdi. Deməli, vəziyyətin dəyişməsi nəticəsində Azərbaycan Prezidenti Rusiya mediasına belə açıqlamalar verdi. Buna baxmayaraq, təminat almadan Rusiyaya güvənmək olmaz”.

Rusiyalı analitiklər hesab edir ki, Putin-Ərdoğan görüşü ərəfəsində Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə heç bir status verilıməyəcəyinə dair açıqlaması əslində, Soçi görüşünə hesablanıb. Natiq Mirinin sözlərinə görə, Qarabağda erməni postlarının Rusiya hərbçiləri tərəfindən dağıdılması barədə məlumatlar pərdəarxası razılaşmaların baş verdiyini göstərir:

“Əgər Rusiya sülhməramlıları öz səlahiyyətinə uyğun olmayan hərəkətlərini davam etdirərərsə və Qarabağda ermənilər hərbi təxribatlar törədərsə, Azərbaycanın öz hüququndan istifadə edərək antiterror əməliyyatlarına başlamaq hüququ var”.

Eyni zamanda, politoloq Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhədlərinin bağlanmasını vacib hesab edir:

“Rusiyanın istəyinə uyğun olaraq dövlət sərhədləri açıq qala bilməz. Bu, Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycanın sərhədləri Dövlət Sərhəd Xidmətinin nəzarətində olmalıdır. Zəngilan və Qubadlı rayonlarının Ermənistanla sərhədi Azərbaycan sərhədçiləri tərəfindən qorunursa, bu, Laçında niyə tətbiq olunmasın? Sərhədi bağlamaq lazımdır. Rusiya öz missiyasına uyğun postlarını qursun və sülhyaratma prosesinə nəzarət etsin. Amma sərhəddə Azərbaycan silahlı qüvvələri dayanmalıdır. Əgər Azərbaycan sərhəddi bağlayarsa, Qarabağdakı ermənilərin Azərbaycana daha tez inteqrasiyasına nail ola bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar