Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

İran-Türkiyə-Azərbaycan toqquşması baş verərsə, İsrail bu fürsəti qaçırmayacaq - SENSASİON ŞƏRH

Tarix: 01-10-2021 10:52     Baxış: 4117 A- / A+
İran-Türkiyə-Azərbaycan toqquşması baş verərsə, İsrail bu fürsəti qaçırmayacaq - SENSASİON ŞƏRH

İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda bu gündən İran ordusu nümayişkaranə şəkildə Türkiyə və Azərbaycanla sərhəddə təlimlərə başlayıb. Arazboyu ağır zirehli maşınlar, artileriya, HHM və raket-zenit koplkesləri yığıb. Son günlər Azərbaycanda anti-İran əhval-ruhiyyəsi artır, İranın Azərbaycana hərbi müdaxiləsi olacağı təqdirdə müttəfiqlərimizin bizi tək qoymayacağına dair fikirlər eşidirk. Türkiyə də artıq İranla sərhədə texnika cəmləyir.

Reallıq hissindən çıxış etsək, təbii ki, Azərbaycan təkbaşına İranın qarşısında dayanacaq hərbi potensiala sahib deyil.

Xatırlayırsınızsa, İsrailin Baş naziri Naftali Bennet bildirdi ki, İran yaxın bir neçə həftə ərzində uranın zənginləşdirməsində əhəmiyyətli irəliləyiş əldə edəcək. Elə o ərəfədə ABŞ dövlət katibi Blinkenlə AB-nin təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borell İranın nüvə danışıqlarına qayıtmaq istəməməsi və bu prosesin ciddi narahatlıq doğurduğunu açıqladılar. Ardınca ABŞ Səudiyyə Ərəbistanındakı Patriot və THAAD sistemlərini təcili olaraq çıxararaq İsrailə yerləşdirir.

Çox güman ki, İran-Türkiyə-Azərbaycan toqquşması baş verərsə, İsrail bu fürsəti qaçırmayacaq və İranın tamamilə məhv edilməsi üçün bütün resurslarını səfərbər edəcək. ABŞ isə yalnız İran ehtimal olunan müharibədə üstünlük qazanacağı və İsrail ciddi itkilər verəcəyi halda münaqişəyə qoşula bilər.

Qumarbazlar demiş, stavkalar çox yüksəkdir. Türkiyə bu savaşdan qalib çıxarsa, Türkiyə və Azərbaycan Yaxın Şərqin və regionun ən böyük regional gücünə çevrilər. İranda yaşayan on milyonlarla azərbaycanlı və Orta Asiya türkləri də daxil olan böyük Turan yaranır. İran Farsistan, Xuzistan (ərəblər) və Kürdistana parçalanır.

Hə bu arada bölgədə Rusiya, Pakistan, Çin və Hindistanın özünü necə aparacağına dair proqnoz vermək asan deyil. Çox güman ki, Çin bitərəf qalacaq və Britaniyanın senariləşdirdiyi bu döyüşə girməyəcək. Pakistan bilavasitə iştirak etməsə də, Türkiyə-Azərbaycan blokuna siyasi-texniki dəstək verə bilər. Hindistanla İran arasında ideoloji olaraq yaxınlıq yoxdur. Rusiya öz növbəsində İranın nüvə dövlətinə çevrilməsini istəmir, amma parçalanmasına da razı deyil. Ümumiyyətlə bütün bu proseslər Qərb ölkləri tərəfindən uzaq perspektivdə Rusiya sərhədlərini təhdid edəcək yeni gücün yaranmasına hesablanıb. Qəribəsi odur ki, Rusiyaya bu savaşda heç bir tərəfin qalib gəlməsi sərf etmir. İran Qalib gələrsə Çinlə yaxınlaşıb regionda daha böyük gücə və nüvə dövlətinə çevrilərək Rusiyanı sıxışdıra bilər. Türkiyənin qalibiyyəti halında nələrin olacağını yuxarıda qeyd etdim.

Dünya bölgəmizdə 3-cü dünya müharibəsinə hamilədir. Əslində bu müharibə bir neçə ay əvvəl Ukrayna-Rusiya arasında başlamalı idi. Böyük güclər və Avropa dövlətlərinin təzyiqi ilə döyüş meydanını dəyişdilər. Biz istəsək də, istəməsək də “Yaxın Orta Şərq” layihəsinin içindəyik və bunu yaşamalı olacağıq. Görünən qədər qırmızı düyməyə basılıb.

Tanrı Türkü qorusun!
İran-Türkiyə-Azərbaycan toqquşması baş verərsə, İsrail bu fürsəti qaçırmayacaq - SENSASİON ŞƏRH

Əli Məhərrəmli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar