Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda üçüncü müharibə qaçılmazdır... - Xodaryonok

Tarix: 29-09-2021 16:53     Baxış: 4146 A- / A+
Qarabağda üçüncü müharibə qaçılmazdır... - Xodaryonok

Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibənin təhlillərinə adətən “Bayraqdar TB-2” pilotsuz uçuş aparatları və İsrail istehsalı olan “Harop” hücum dronlarının taktiki-texniki xüsusiyyətlərinin analizi ilə başlayıb, elə bununla da son qoyurlar. Lakin heç bir hərbi qarşıdurmanın uğuru yalnız müasir silahların istifadəsindən asılı olmur.

Manevr.az xəbər verir ki, bunu rusiyalı jurnalist Mixail Xodaryonok yazıb.

Müəllifin sözlərinə görə, Azərbaycana bu qələbəni “Bayraqdar TB-2”dən çox ölkənin ali hərbi rəhbərliyinin səriştəli davranışı qazandırıb. Bu davranış münaqişədən xeyli əvvəl sərgilənməyə başlamışdı...

İlk qələbənin acı zarafatı

Xodaryonok xatırladıb ki, sovet dönəmində azərbaycanlılar arasında hərbi təhsil o qədər də dəbdə olmayıb. Sovet ordusunun yüksək rütbəli kadr heyətində azərbaycanlı zabit və generalların sayı digər millətlərlə müqayisədə ən aşağı həddə idi.

“Məsələn, 1991-cu ilədək SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Ali Hərbi Akademiyasını cəmi bir azərbaycanlı bitirmişdi ki, bu da sonradan Azərbaycanın ilk müdafiə naziri olmuş Valeh Bərşadlı idi. Məhz bu üzdən idi ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbər vəzifələrini çox ekzotik tərcümeyi-halı olan, hərbi sahəyə aidiyyatı olmayan şəxslər tuturdu. Başqa sözlə, ölkədə nazirliyi və Baş qərargahı komplektləşdirmək üçün ixtisaslı kadrların kəskin qıtlığı hiss olunurdu. Aydındır ki, belə rəhbərliyin hərbi quruculuq və operativ-strateji planlaşdırma təcrübəsi ola bilməzdi.

İrəvanda isə əksinə, keçmiş sovet hərbi kadrlarının sayı çox idi. Təkcə onu demək kifayətdir ki, erməni ordusunun ilk rəhbəri SSRİ-nin Əfqanıstan kampaniyasına başçılıq edənlərdən biri – general-leytenant Norat Ter-Qriqoryants olub.

Lakin o zaman qazanılmış qələbə erməni hərbi birləşmələrinin başını gicəlləndirdi və sonda onlarla acı zarafat etdi. Ermənistan və “DQR”in hərbi-siyasi rəhbərliyi düşünürdü ki, həmişə belə olacaq. Onlar Azərbaycanda müasir, döyüş qabiliyyətli ordunun yarandığını anlamırdılar”.

İlham Əliyev Nikol Paşinyana qarşı

Rusiyalı jurnalist Azərbaycan Prezidenti İlham Əliyevin gələcək qələbə üçün iki vacib iş gördüyünü vurğulayıb:

“Birincisi, o, işlək silahlı qüvvələr yaratmış, buna xeyli səy və resurs sərf olunmuşdu. İkincisi, Əliyev Türkiyənin tam dəstəyini qazanmışdı. Heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, bu gün bu bölgənin lideri Ankaradır.

Nikol Paşinyana gəlincə, Bakının fonunda o və Ermənistanın ali siyasi və hərbi rəhbərləri çox solğun görünürdülər. Ölkənin və silahlı qüvvələrin müharibəyə hazırlanması, erməni hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığının dəstəklənməsi üçün çox az iş görülmüşdü. Görünür, İrəvanda strateji ehtiyatların formalaşdırılması, maddi imkanların genişləndirilməsi, müharibə zamanı onların necə bərpa edilməsi haqda heç kim düşünməmişdi. Erməni tərəfi bölgə ərazisinin silahlı qüvvələrin maraqlarına uyğun hazırlanması (hərbi əməliyyatlar teatrının operativ təmin olunması), ilk növbədə qoşunların qorunması, vacib hərbi və arxa cəbhə obyektlərinin düşmən zərbələrindən müdafiə olunması üçün az iş görmüşdü.

Döyüş qabiliyyətli silahlı qüvvələr olmadan siyasi bəyanatların heç bir dəyəri yoxdur. Kiminsə İrəvana təmənnasız dəstək göstərəcəyini düşünməyə isə, görünür, dəyməzmiş. Qərb Ermənistandan uzaqdadır və narahatlıqdan başqa heç nə ifadə edə bilmir. Rusiyaya isə bu məsələdə tam olaraq İrəvanın tərəfini tutmaq qətiyyət əl vermirdi. Moskva dəfələrlə bəyan etmişdi ki, həm Ermənistan, həm Azərbaycanla tərəfdaşdır”.

Hərbi aviasiyasız İrəvan

Müəllif iddia edir ki, bütün bunlar Qarabağ münaqişəsinə hələ nöqtə qoyulmadığını göstərir və regionda vəziyyətin gərginləşməsinə hələ ki, iki min rusiyalı sülhməramlının imkan vermədiyini deyib:

“Onların burada qalma müddəti isə beş ildir. Bu müddət yalnız tərəflərdən(Rusiya, Azərbaycan, Ermənistan) hansınınsa etiraz etməyəcəyi təqdirdə daha 5 il uzadıla bilər. Amma missiyanın burada nə qədər ləngiyəcəyini hələlik heç kim deyə bilməz.

Açığı, vəziyyət İrəvan üçün o qədər də əlverişli deyil. Çox kiçik və getdikcə azalan əhalisi, məhdud maliyyə resursları olan bu ölkə funksional olaraq yetkin bir ordu yaratmağa qadir deyil. Hərbi Hava Qцvvələrinin yaradılması isə İrəvanın yaralı yeridir. Məsələn, belə hərbi əməliyyatlar zamanı döyüşməyə az-çox hazır olmaq üçün təxminən 100 döyüş təyyarəsindən ibarət Hərbi Hava qüvvələri lazımdır. Bir ədəd dördüncü nəsil qırıcının qiyməti isə 120-150 milyon dollardır. Demək, təkcə aviatexnikanın alınmasına haradasa 15 milyard dollar tapmaq lazımdır. Üstəlik, ən azı 30 sutkalıq döyüş əməliyyatlarda istifadəyə yetəcək qədər aviazərbə vasitələri...

Azərbaycana gəldikdə, onun hərbi-iqtisadi potensialı Ermənistanın imkanlarından xeyli üstündür və bu fərq artmaqda davam edir. Bu davam etdikcə, Bakının gücə əl atmaq istəyi də böyüyəcək. Bu mənada, Qarabağda üçüncü müharibə qaçılmazdır. Bu, yalnız zaman məsələsidir”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar